AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnsan alveri ilə mübarizə mövzusunda təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 28-08-2023, 16:11

    İnsan alveri ilə mübarizə mövzusunda təlim keçirilib - FOTOLAR

    Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunan “İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili” layihəsi çərçivəsində 25 avqust 2023-ci il tarixində Sumqayıt şəhərində “İnsan alveri ilə mübarizə” mövzusunda təlim keçirilib.
    Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Təlimdə layihənin rəhbəri Zenfira Mustafayeva açaraq layihənin məqsədi və mərami haqqında iştirakçılara geniş məlumat verib. Təlimdə İnsan alveri ilə mübarizə sahəsində ekspert qismində çalışan Günel Ələkbərova iştirakçılara insan alveri və onun fəsadları, bu sahəni nizamlayan qanunvericilik, bu sahədə şikayətlərə baxan qurumlar, insan alverinin növləri və göstəriciləri haqqında geniş məlumat verib.

    Təlim zamanı real kazuslardan istifadə edilərək iştirakçılar ilə maraqlı qrup məşğələləri keçirilib. Təlimdə 25 nəfər olmaqla sosial aktiv şəxslər, tələbələr, QHT nümayəndələri və praktik hüquqşunaslar iştirak edib. Təlimin qiymətləndirilməsi və insan alverinə şərait yaradan amillərin öyrənilməsi barədə təlim iştirakçıları ilə sorğular keçirilib. Təlim zamanı iştirakçılar ilə mövzu ətrafında aktiv müzakirələr aparılıb və təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.

    Qeyd edək ki, “İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili” layihəsi iyulun 1-dən tarixində başlanıb və sentyabrın 31-nə kimi davam edəcək.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR