AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fulya Öztürk Azərbaycanda bu kanalda çalışacaq - AÇIQLAMA

  • + A
  • - A
  • 29-08-2023, 19:54

    Fulya Öztürk Azərbaycanda bu kanalda çalışacaq - AÇIQLAMA


    Türkiyəli tanınmış jurnalist Fulya Öztürkün “Xəzər TV”də çalışacağı ilə bağlı məlumatlar yayılıb.

    Fulya Öztürk məlumatı təsdiqləyib. O, bu günlərdə telekanalın rəhbəri Murad Dadaşovla görüşdüyünü və önəmli layihə üzərində çalışdıqlarını dilə gətirib:

    “Xəzər TV”də çalışmaq üçün təklif aldım və bunu müsbət dəyərləndirirəm. Çox fərqli və ortaq bir şey düşünürük. Xeyirlisi deyək. Qərarımız qətiləşərsə, sentyabrın 4-də Azərbaycana gəlib qayıdacağam”.

    Fulya Öztürk təməlli Azərbaycana köçməsi məsələsinə isə belə münasibət bildirib:

    “Xəzər TV” ilə əməkdaşlıq çərçivəsində çalışacağıq. Təməlli köç olmaz”, - deyə jurnalist əlavə edib.

    Qeyd edək ki, Fulya Öztürk bir həftə əvvəl də sözügedən məsələ ilə bağlı Bakıda olub."Bizim.Media


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR