AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlər təşkil olunur - FOTOLAR

  • + A
  • - A
  • 29-08-2023, 20:25

    Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlər təşkil olunur - FOTOLAR

    “Oriqami" uşaq və yeniyetmələr İctimai Birliyi Sabunçu rayonu Maştağa və Nardaran qəsəbələrində “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinə start verib.
    Layihə Azərbaycan Respublikasının Qeyru-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə təşkil etdiyi kiçik qrant müsabiqəsi çərçivəsində layihənin Fəaliyyət Planına uyğun olaraq 3 təhsil ocağında-pedaqoji kollektivlərdə, layihənin təqdimatlarının keçirilməsi nəzərdə tutulub. Bu gün Sabunçu rayonu Maştağa qəsəbəsi Kamal Məmmədov adına 209 № li tam orta məktəbdə “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin təqdimatı keçirilib.

    Layihənin rəhbəri N.Nəcəfov layihə barədə ətraflı məlumat verib. Layihənin icra prosesindən danışmış, yeniyetmə velosipedçilərin fərdi təhlükəsizliyi ilə bağlı baş, diz, dirsək və əllərin kənar təsirdən qorunması və müdafiəsi üçün alınmış dəbilqə, xüsusi dəstləri, loqolu çap məhsullarını, loqolu təsvirli istehlak mallarının nümunələrini nümayiş etdimişdir. Bununla yanaşı, yeniyetmə velosipedçilərin təhlükəsizliyinin qorunmasında valideynlər arasında maarıfləndirmə işinin əhəmiyyətini də xüsusi ilə qeyd edib.

    Layihənin təqdimatında iştirak edən psixoloq Sevinc Muradova yeniyetmələrin təhlükəsiz davranışı, asudə vaxtının səmərəli təşkili mövzusunun yay aylarında xüsusi ilə aktual olduğunu vurğulayıb və bu layihənin məktəbin V, VI, VII və VIII sinif şagirdləri arasında daha böyük maraq oyatdığını bildirib:

    Fiziki tərbiyə müəllimi Murad Mehdiyev “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin məktəblilərdə idmana marağın güclənməsinə, həvəsin artmasına səbəb ola biləcəyindən, onlara sağlam həyat tərzinin aşılanmasında rolundan danışıb.

    Məktəbin direktoru Səbahət Ağayeva öz çıxışında layihənin təqdimatını keçirilib. “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin icrası Maştağa və Nardaran qəsəbələrində 295 № li və 130 № li tam orta məktəblərdə davam edir.
    [center]





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR