AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdamda Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Bir taleli iki insan” filminin təqdimatı keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 30-08-2023, 13:28

    Ağdamda Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Bir taleli iki insan” filminin təqdimatı keçirilib - FOTOLAR

    Avqustun 29-da Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları ailələrinə kömək” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkilmiş Vətən Müharibəsi şəhidləri Nazir və Tacir Allahverdiyev qardaşlarına həsr olunmuş “Bir taleli iki insan” filminin təqdimat mərasimi keçirilib.
    Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi “Bir taleli iki insan” layihəsi çərçivəsində hazırlanıb. Layihə zamanı Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhid əkiz qardaşlar - Nazir və Tacir Allahverdiyevlərin adlarının yaşamasına, xatirəsinin əbədiləşdirilməsinə həsr olunub.

    Tədbirdə şəhidlərin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, ədliyyə general-mayoru Hüseyn Əlixanov, Müdafiə Nazirliyinin əməkdaşları, şəhid ailələri, qazilər, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
    Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.


    Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq iştirakçıları salamlamış, Nazir və Tacir Allahverdiyev qardaşlarının keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs etmişdir.

    Tədbirdə iştirak edən Ədliyyə general-mayoru Hüseyn Əlixanov, Müdafiə Nazirliyi Şəhid Ailələri və Qadınlarla iş üzrə Şöbənin müdiri Zümrüd Səmədova, Tibb elməri doktoru Aynur Qəhrəmanova, AzTV-nin redaktoru, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB-in sədri, əməkdar jurnalist Zərnişan Azayeva, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev, “Azərbaycan Joriyo Kung Fu Federasiyası”nın rəhbəri Davud Mahmudzadə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan və cəmi 44 gün davam edərək Zəfərlə başa çatan Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqdan danışdılar, bütün dünyanın onların hünərinə heyranlığından söhbət açdılar.
    Çıxışlardan sonra “Bir taleli iki insan” adlı film nümayiş etdirildi.




    Qəhrəman şəhidlərin anası Maylə Allahverdiyeva çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.


    Layihə rəhbəri Məlahət Abdullayeva öz çıxışında Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin tanıdılmasının, xatirələrinin əbədiləşdirilməsinin hər birimizin borcu olmasını və onların tanıdılmasına yaradılan şərait üçün dövlətimizə, Agentliyə, tədbirin yüksək səviyydə təşkilində göstərdiyi böyük dəstəyə görə Ağdam Rayonu İcra Başçısı Vaqif Həsənova və bütün əməkdaşlarına təşəkkürünü bildirdi.



    Qeyd edək ki, 20 aprel 2001-ci ildə Ağdamın Çullu kəndində doğulan əkiz qardaşlar bir yerdə böyüyüb, orta məktəbi bir oxuyub, hərbi xidmətə bir yollanıb, Vətən müharibəsində iştirak edərək cəbhənin Füzuli və Xocavənd istiqamətində çiyin-çiyinə vuruşaraq 2020-ci ilin 24 oktyabrında şəhidlik zirvəsinə ucalıblar.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən şəhid Nazir və Tacir Allahverdiyevlər ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.



















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR