AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sağlam həyat naminə maarifləndirici təbliğat və təşviqat işlərinin təşkil olunur - FOTOLAR

  • + A
  • - A
  • 30-08-2023, 13:31

    Sağlam həyat naminə maarifləndirici təbliğat və təşviqat işlərinin təşkil olunur - FOTOLAR

    Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyinin təşkilatçılığı ilə “Şabran rayonunda sağlam həyat naminə ekoloji təmiz qida məhsullarından istifadənin təbliği mövzusunda maarifləndirici təbliğat və təşviqat işlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbir rayonun Gəndov kəndində keçirilib.

    İctimai Birliyinin sədri, layihə rəhbəri Gülsənəm Əmrahova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı icra olunur: “Tədbirdə Gəndov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rahib Siracov, Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional bölməsinin Qida Təhlükəsizliyinə Nəzarət sektorunun böyük məsləhətçisi Yusif Bahəddinov, Gəndov bələdiyyəsinin sədri Nəcməddin İsmayılov, Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Rəşad Əmrahov, Quba Regional Təlim Mərkəzinin əməkdaşları və kənd sakinləri iştirak ediblər. İştirakçılara bukletlər paylanılıb”.

    Gülsənəm Əmrahova həmçinin qeyd edib ki, layihədə toxunulan problemin mahiyyət etibarı ilə dövrümüzlə tam uyğunluq təşkil etməsi sakinlərin diqqətinə çatdırılıb, əhalinin nəzəri və marağı təmiz qidalardan istifadəyə yönəldilib, ekoloji təmiz qida məhsullarına sahib olmaqlarına əhəmiyyətli təsəvvürlər aşılamaqla, onların bu sahədə olan gündəlik qarşılaşdıqları narazılıqların həllini tapmasında mühüm töhvə yaradılmasına təşəbbüs irəli sürülüb.

    Qeyd edək ki, əhali və xüsusilə pay torpaq mülkiyyətçiləri arasında ekoloji təmiz məhsulların istifadə edilməsinin vacibliyi qeyd olunmaqla, bu sahənin hərəkətverici qüvvəsi kimi ailə kəndli təsərrüfatlarının rolunun artırılması, təmiz qida məhsullarına olan təminatının təbliğ edilməsində təsəvvürlərin artırılması, ardıcıl və dayanıqlı istehsal mühitinin formalaşdırılması ilə bağlı müzakirələr aparılmışdır. Tədbir iştirakçılarına yaradılan şərait əsasında problemlərin müzakirəsi yerli dövlət qurumları nümayəndələri ilə birlikdə əlaqəli şəkildə aparılıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR