AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qurd qapısı" qəbiristanlığında inəklər otlayır - Jurnalist irad bildirdi

  • + A
  • - A
  • 30-08-2023, 15:24

    "Qurd qapısı" qəbiristanlığında inəklər otlayır - Jurnalist irad bildirdi

    Anası yeni rəhmətə gedən jurnalist Ülviyyə Həsənqızı "Qurd qapısı" adlanan qəbiristanlığında inəklərin otlamasından, Qaradağ Rayon İcra Hakimiyyətinin məsələyə laqeyd yanaşmasından narahatdır.
    Azadmedia.az jurnalistin sözügedən problemlə bağlı sosial mediada yazdıqlarını təqdim edir:


    "35 gündür qəbiristanlığın daimi sakininə çevrilmişəm. Hər gün gedirəm. Anamla danışıram, ağlayıram. Bilirəm ki, mənə cavab verməyəcək. Amma ümid edirəm ki, məni eşidir.
    Bu barədə uzun yazmaq fikrim yoxdur. Məni narahat edən məsələ Qaradağ rayonunun İcra hakimiyyətini də narahat etsəydi, çox yaxşı olardı. Belə ki, atamın, anamın dəfn olunduğu qəbiristanlıq köhnə "Qurd qapısı" adlanan, Qaradağ rayonu Ümumşəhər qəbiristanlığıdir. Son lllər dünyasını dəyişən bir çox sənət adamları, o cümlədən Fuad müəllimin də son mənzili bu məzarlıqda yerləşir. Yol qırağında olan təmtəraqlı məzarları çıxmaq şərtilə, icərilərdə olan qəbirlərin vəziyyəti acınacaqlıdır. Belə ki, zibil əlindən qəbiristanlıqdan keçmək olmur. Təbii ki, hamı mənim kimi gündə ora gələ bilməz və gəlməyi də düz olmaz. İnsanların işi-gücü var. Amma zibillik bir yana, qəbiristanlığın ən böyük kabusu inəklərdir. Bu gün şəkillərin çəkib, paylaşa bilmədim. Deməli, yaxınlıqda Laçın rayonundan olan bir neçə ailə yaşayır. Mənə verilən məlumata görə, inəklər həmin adamlara məxsusdur. Bir neçə dəfə şikayət olunsa da, inəkləri məzarlıqdan heç kim yığışdırmaq istəmir. Səhər, axşam inəklər qəbirlərin üstünə çıxır, təzə qoyulan gülləri, ətrafda olan kiçik kolları yeməklə məşğul olur. Təbii ki, inəklər heyvandir. "Ağılları kəsmir". Bəs, 10-15 inəyi qəbiristanlığın içərisi ilə otaran adam başa düşmür ki, belə etmək olmaz? Bu günahdır? Hər gün təzə gülləri məzarın üzərinə qoyuram. Səhər gedəndə gördüyüm mənzərə dəhşət olur. Bütün güllər yerlərdə, qırılmış, dağılmış vəziyyətdə... Belə olmaz . Son çarə kimi qəbirin ətrafına dəmir barmaqlıqlar çəkdirəcəm. Artıq sifariş etmişəm. Ustalar hazırlayırlar. Amma bu məsələni kökündən həll etmək lazımdır. Dünyadan köçən əzizlərimizin məzarı inəyin, itin, atın tapdağında qalmamalıdır. Xahiş edirəm, Qaradağ rayonu Ümumşəhər qəbiristanlığı (Qurd qapısı) ilə bağlı əlaqədar təşkilatlar ölçü götürsünlər.
    İnəyin otlaq sahəsi qəbiristanlıq olmamalıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR