AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT Agentliyinin dəstəyi ilə hazırlanan “Vətən qürbətə qalmaz” filminin təqdimatı keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 31-08-2023, 12:43

    QHT Agentliyinin dəstəyi ilə hazırlanan “Vətən qürbətə qalmaz” filminin təqdimatı keçirildi - FOTOLAR

    Avqustun 30-da Qərbi Azərbaycan İcmasında dövlət və qeyri-hökumət təşkilatları, Qərbi Azərbaycandan olan ziyalılarımız, millət vəkilləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Vətən qürbətə qalmaz” adlı filmin təqdimatı keçirilib.
    Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Vətən qürbətə qalmaz” adlı sənədli film hazırlanmasılayihə çərçivəsində lentə alıb.

    Filmdə Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi – mədəni irsimizə aid memarlıq abidələrinin tanıdılması və təbliğinə həsr olunub. Filmdə arxiv sənədləri, video materillar, əslən Qərbi Azərbaycandan olan ziyalıların xatirələri öz əksini tapıb.

    Tədbirin aparıcısı, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edib Zəfərlə başa çatan Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdışımıza ümidimiz daha da artdı. Bu inamı bizdə yaratdığına görə möhtərəm Prezidentimizə təşəkkürümüzü bildiririk, Ali Baş Komandanımızın rəhbərliyi altında ata-baba yurdlarımıza qayıdacağımız günü gözləyirik, - deyə söylədi.
    Daha sonra Əziz Ələkbərli Qərbi Azərbaycandakı mədəni irsimizin öyrənilməsinin və tanıdılmasının vacibliyindən danışdı, layihə rəhbəri Zərnişan Azayevanı, millət vəkilləri Aydın Mirzəzadə, Vüqar İskəndərli və Elşad Mirbəşiroğlunu Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış Yubiley hədiyyəsi ilə mükafatlandırdı.


    Layihə rəhbəri, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, əməkdar jurnalist Zərnişan Azayeva layihənin məqsəd və məramından bir daha söz açdı, bu mövzuya yer ayırdığı və maddi dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi. Zərnişan xanım filmin ermənilər tərəfindən zaman-zaman məhv edilmiş İrəvan və İrəvanətrafı bölgələrimizə məxsus memarlığımıza, xüsusi ilə hal-hazırda yer üzündən silməyə çalışdıqları şəhərin Təpəbaşı hissəsindəki maddi-mədəni irsimizə həsr olunduğunu qeyd etdi.



    Çıxış edənlərdən millət vəkilləri Aydın Mirzəzadə, Vüqar İskəndərov, Elşad Mirbəşiroğlu layihənin əhəmiyyətindən danışdılar, filmin yalnız Azərbycan dilində deyil, həmçinin ingilis, rus dillərinə tərcümə olunub xarici ölkələrdə daha geniş auditoriyalarda təqdim olunmasını təklif etdilər. Hətta, Qərbi Azərbaycan ziyalılalardından tibb elmləri doktoru, professor Vaqif Şadlinski filmin ingilis dilinə tərcüməsini öz üzərinə götürdü.


    Çıxış edənlər “Vətən qürbətə qalmaz” adlı sənədli filminin “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”na əhəmiyyətli xidmət göstərəcəyini qeyd etdilər, Qərbi Azərbaycanın digər bögələrindəki maddi-mədəni irsimizin üzə çıxarılmasına, tanıdılmasına və təbliğinə böyük ehtiyac olduğundan bu layihənin davamlı olmasını vacib saydılar, filmin yaradıcı heyyətinə təşəkkürlərini bildirdilər.




















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR