AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

18-25 yaşda qızlar arasında İT, kompyüter elmlərinin təbliği üçün təlimlər keçiriləcək

  • + A
  • - A
  • 31-08-2023, 14:34

    18-25 yaşda qızlar arasında İT, kompyüter elmlərinin təbliği üçün təlimlər keçiriləcək

    İnnovasiya və Sosial İnkişaf İctimai Birliyi tərəfindən “Qızlar- Texnologiyalar İnnovasiyalar Akademiyası” adlı layihə həyata keçirilir.

    Birlikdən verilən məlumata görə, layihə Azərbycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi qızlar arasında İT, mühəndislik, kompyüter elmləri, data analitik kimi ixtisasları təbliğ və təşviq etməkdən, bu istiqamət üzrə karyera qurmaq istəyən 18-25 yaşarası qızların istəklərinə təkan verməkdən ibarətdir. Layihə çərçivəsində Qobustan rayonunda ixtisas seçimi mərhələsində olan qızların İT sahəsində marağının formalaşması, bu sahədə biliklərin əldə olnması üçün “Qızlar Texnologiya İnnovasiyalar Akademiyası “ adlı əyani təlimlərin təşkil olunması nəzərdə tutulur. Bu təlimlərdə onlar seçdiyi ixtisasla bağlı mühəndis, robottexnika , proqramlaşdırma, data analitik , İT və digər bu kimi sahələrlə bağlı məlumat alacaqlar ki, bu da onlarda adı çəkilən sahələrə marağın artmasına şərait yaradacaqdır.

    Qeyd edək ki, layihə çərçivəsində həmçinin “İxtisasını rəqəmsal texnologiyalarda seç” adlı platforma- sayt yaradılacaqdır ki, bu da ixtisasını lT sahəsində seçmək istəyən qızlara, xüsusilə şagirdlərə bu ixtisasları seçdikdən sonra peşəkar kadr kimi formalaşmaları üçün hansı addımlar atmalı olmaları ilə bağlı dəstək olacaqdır. Təlimlərin keçirilməsi sentyabr ayında nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR