AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Layihənin icrası uğurla başa çatıb - FOTOLAR

  • + A
  • - A
  • 1-09-2023, 14:30

    Layihənin icrası uğurla başa çatıb - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyinin təşkilatçılığı ilə “Şabran rayonunda sağlam həyat naminə ekoloji təmiz qida məhsullarından istifadənin təbliği mövzusunda maarifləndirici təbliğat və təşviqat işlərinin təşkili” layihəsi çərçivəsində sonuncu tədbir rayonun Rəhimli kəndində keçirilmişdir.

    Birliyin sədri, layihə rəhbəri Gülsənəm Əmrahova bildirib ki, tədbirdə Rəhimli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Samir Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional bölməsinin Qida Təhlükəsizliyinə Nəzarət sektorunun müdiri Vüqar Arazov və həmin sektorun aparıcı məsləhətçisi Sədaqət Ələkbərova, Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitki Sağlamlığı və Fitosanitar Nəzarət sektorunun müdiri Rəşid Hacıyev, Rəhimli bələdiyyəsinin sədri Əlirəhim Bibiquliyev, Rəhimli kənd tam Orta məktəbinin direktoru Vüsal Musayev, Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Rəşad Əmrahov və kənd sakinləri iştirak etmişdilər.

    Tədbirin əvvəlində iştirakçılara layihənin mövzusunu və motivlərinin özündə ehtiva edən bukletlər paylanılmışdır. Rayonun aqrar inkişafı baxımından respublkamızda əhəmiyyətli çəkisinin olmasını, faydalı torpaqların və əlverişli iqlim şəraitinin mövcudluğunu əsas götürərək insanların sağlamlığı baxımından xüsusi əhəmiyyət kəsb edən və ən mümkünü hesab edilən ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə qidalanmanın təbliğ edilməsi bütün yaş qrupu əhali üçün məsuliyyətlə yanaşılan bir məsələ olduğunu nəzərə alaraq bunun həm tibbi, həm də sosial baxımından xüsusi əhəmiyyət kəsb etdiyi sakinlərin diqqətinə çatdırılmışdır.

    Tədbirə qatılan dövlət qurumlarının nümayəndələri bildirmişlər ki, ekoloji təmiz kənd təsərrüfatı ilə ətraf mühitin təbii ehtiyatlarından istifadə etməklə həm torpağın mineral ehtiyatlarını artırmaq olar, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olunması mümkün hesab olunur. Çünki, həyat və sağlamlığın qorunmasında, stabil saxlanılmasında təmiz qida məhsulları əsas şərt hesab olunur.

    Qeyd edək ki, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və ekoloji yönümlü maariləndirici təbliğat vasitələrindən istifadənin vacibliyi təqdirəlayiq qarşılanmışdır. Tədbir iştirakçılarına yaradılan şərait və imkanlar əsasında problemlərin müzakirəsi əlaqəli şəkildə aparılmışdır.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR