AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ətlik mal-qaranın rasional yemləndirilməsi və bəslənilməsi” mövzusunda təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 1-09-2023, 14:42

    “Ətlik mal-qaranın rasional yemləndirilməsi və bəslənilməsi” mövzusunda təlim keçirilib - FOTOLAR

    Avqustun 31-də Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi Xaçmaz rayonunun Müşkür kəndində “Fərdi fermerlərin kooperasion əsaslarla özünüməşğulluq bacarıqlarının artırılmasına dəstək” layihəsinin icrasını davam etdirir.

    Fərdi fermerlərə “Ətlik mal-qaranın rasional yemləndirilməsi və bəslənilməsi” mövzusunda təlim keçirilib. Təlimdə 13 nəfər iştirak edib. Layihə rəhbəri Fərrux Əsgərov layihə və onun Donoru barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin təlimçisi Famil Baxışov fermerlərə ətlik mal-qaranın kökəldilərək bazara çıxarılması barədə elmi-təcrübi fəaliyyətlər barədə ətraflı məlumat verib. Sahibkar Rövşən Əliyev cavan iri buynuzlu mal qaranın bazardan alınaraq 5 ayadək müddət ərzində kökəldilib, realizə etməklə məşğul olduğunu, bu sahədə heç bir problemin olmadığını bildirib. O, öz təcrübəsini iştirakçılarla bölüşüb. Daha bir sahibkar Orucov Əbülfəz yerli mal-qaradan ibarət təsərrüfatına yeniliklər gətirməklə fəaliyyətinin səmərəliliyini artırmaq fikrini bildirib və lizinq təşkilatları vasitəsilə cins mal-qara əldə etməyin qaydaları barədə məlumat almaq istəyini bildirib. Layihə eksperti Nizami Musayev sahibkarın sualını ətraflı cavablandıraraq İBM-dan ibarət təsərrüfatda cins tərkibinin yaxşılaşdırılması yollarını izah edib. İBM-nın bəslənilməsi və rasional yemləndirilməsi üzrə zəruri məlumatları iştirakçılara izah edib.

    Qeyd edək ki, fərdi sahibkarlar təlimdə əldə etdikləri bacarıqların onların təsərrüfat fəaliyyətinin inkişaf etdirilməsində böyük əhəmiyyəti olacağını qeyd etməklə yanaşı, anoloji təlimlərin daha geniş ərazidə davamlı təşkil edilməsinin zəruri olduğunu bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR