AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir” adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 1-09-2023, 14:49

    "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir” adlı tədbir keçirilib - FOTOLAR


    "Bələdiyyə, Resurs və Təlim Mərkəzi" İctimai Birliyi Samux rayonunda "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsini icra edir.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur.

    Avqustun 31-də sözü gedən layihənin Samux rayon İnstitut qəsəbə tam orta məktəbində layihənin açılış tədbiri baş tutub. Tədbirdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, məktəblilər və valideynlərlə yanaşı Samux rayon İcra Hakimiyyəti, Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi, Heydər Əliyev Mərkəzi, Gəncə- Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə- Daşkəsən Regional Gənclər və İdman idarələrinin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

    Tədbiri giriş sözü ilə açan Birliyin sədri Gülnarə Əmiraslanova layihənin əsas məqsədi və görüləcək işlər barədə tədbir iştirakçılarını geniş məlumatlandırıb. Mövzunu əhatə edən video- çarx nümayiş olundu. Tədbirdə ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətliliyinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizə və erkən nikahların fəsadları ilə bağlı tədbir iştirakçılarını geniş məlumatlandırıb. Sonda tədbir mövzu ətrafında çıxışlarla davam etdirilib.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR