AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağda işləyən əcnəbilərlə bağlı - QƏRAR

  • + A
  • - A
  • 16-09-2023, 19:00

    Qarabağda işləyən əcnəbilərlə bağlı - QƏRAR
    2028-ci ilə qədər Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işləyən əcnəbilər nəzərə alınmadan müəyyən ediləcək.

    Bu, Nazirlər Kabinetinin “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

    Qərara əsasən, Azərbaycanda əmək miqrasiyası kvotası müəyyən edilərkən işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər nəzərə alınmayacaq.

    Xatırladaq ki, bu kvota ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.

    Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-nə qədər qüvvədədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR