AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən yeni mərhələyə daha bir addım

  • + A
  • - A
  • 16-09-2023, 15:12

    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən yeni mərhələyə daha bir addım

    Zaur İbrahimli,
    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü


    Nazirlər Kabinetinin 327 saylı qərarı ilə etdiyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən qrant müsabiqələrin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi təsdiqləndi.
    Qısa, bir cümlə ilə ifadə etsək, bu sənədləri “QHT mərkəzli” kimi dəyərləndirə bilərik. Bu qayda və meyarlarda ilk növbədə müsabiqələrin hər bir QHT üçün əlçatan olması, hər bir QHT-nin potensialının nəzərə alınması imkanları, müsabiqələrin müyəssər olması nəzərdə tutulub.
    Bu Qayda və meyarlarda şəffalıq və hesbatlılıq standartalarının zəruri etdiyi bütün digər məlumatlar əvvəlcədən açıqlanır və bütün maraqlı tərəflər üçün əlçatan olmasını nəzərdə tutur. Bu qaydalar qrant müsabiqələrinə təqdim olunan layihə təkliflərinin əvvəlcədən açıqlanan, əlçatan olan meyarlar, qaydalara əsasən, subyektiv təsirləri istisna edən müstəqil qiymətləndirilməsi həyata keçirilməsi mexanizmini daha da təkmilləşdirir.
    QHT-lərin müsabiqələrə təqdim edilən sənədlərdəki çatışmazlıqları aradan qaldırmaq imkanının verilməsi, appelyasiya mexanizminin yaradılması da müsabiqələri daha əlçatan edəcək və texniki yanlışlıqları maneə olmaqdan çıxaracaq.
    “Orta qrant müsabiqəsi”, “Böyük qrant müsabiqəsi”ndə iştirak üçün kriteriyalar da iştirakı maksimum əlçatan edir. Ən başlıca meyar müvafiq təcrübə və potensialın olmasıdır. Bu baxımdan peşəkar, təcrübəli QHT-lər üçün çox yaxşı imkan yaranır. Uzun illər ərzində irəli sürülən differensial, potensiala uyğun maliyyələşmə mexanizmi nəhayət ki, yaradıldı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR