AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ziya Məmmədovun oğlu Maltada 3 şirkət açıb - İDDİA

  • + A
  • - A
  • 17-09-2023, 01:45

    Ziya Məmmədovun oğlu Maltada 3 şirkət açıb - İDDİA

    Ziya Məmmədovun oğlu Maltada 3 il əvvəl açdığı şirkətin
    adını "Zizi" qoyub. Bilmirəm yaxınları keçmiş nəqliyyat nazirni "Zizi" çağırırlar yoxsa yox, amma Anar Məmmədovun seçdiyi ad məşhur kofe brendlərindən birinə aiddir və eyni adda dünyanın bir sıra ölkələrində kafeteriyalar fəaliyyət göstərir.
    Azadmedia.az xəbər verir ki, bu məlumatı xaricdə yaşayan bloger Cavanşir Həsənli yazıb. C.Həsənli qeyd edib ki, Malta Biznes Qeydiyyatı Dövlət Agentliyinin sənədlərinə görə Ziya Məmmədovun oğlu "ZIZI FOOD COMPANY LIMITED"i 2020-ci il fevralın 5-də 1200 avro nizamnamə kapitalı ilə Valettada qeydiyyatdan keçirib.
    Lakin bir müddət sonra Anar Məmmədov şirkətin adını dəyişdirərək onu AKSON ENERGY LIMITED adı ilə yenidən qeydiyyatdan keçirib.
    Blogerin yazdığına görə Şirkət Valettanın Lucia küçəsi 147/ünvanında hüquqi qeydiyyatdadır. Nizamnaməyə görə şirkətin təsisçisi İngiltərənin ən bahalı yaşayış kompleksi olan 1, HYDE PARK APARTMENT B062 100 ünvanında daimi qeydiyyatda olan Azərbaycan vətəndaşı Anar Məmmədov (pasport seriyası: C01662717), onun tərəfdaşı isə 25 il Maltada qeydiyyatdan keçmiş G M CORPORATE AND FIDUCIARY SERVICES LIMITED şirkətidir.
    Yeri gəlmişkən, Anar Məmmədovun Maltada ən azından daha iki şirkəti var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR