AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bu kino ki var...” Xaçmazda Azərbaycan kinosunun 125 illiyi qeyd olunub- FOTOLAR

  • + A
  • - A
  • 12-10-2023, 09:58

    “Bu kino ki var...” Xaçmazda Azərbaycan kinosunun 125 illiyi qeyd olunub- FOTOLAR

    Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbində təşkil olunan yarışda yuxarı sinif şagirdləri, gənc müəllimlər, müxtəlif sahələrdə çalışan gənclərdən ibarət 8 komanda iştirak edib.

    Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın keçirilməsində əsas məqsədin 125 illik yubileyi olan Azərbaycan kinosunun gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.

    Rəsmi hissədə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Tariyel Didarov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun əməkdaşı İmran Müseyibli, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov, Quba-Xaçmaz Regional Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz rayonu üzrə əməkdaşı Ceyhun Fərzəliyev bu kimi layihələrin Xaçmaz gəncləri üçün təşkil olunmasının əhəmiyyəti barədə danışıb, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

    Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını “Nömrə 1” komandası qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. Yarışda ikinci və üçüncü yerləri müvafiq olaraq “1-0” və “İstiqlal” komandaları tutub. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

    Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “25-ci kadr-KinoMƏNlərin intellekt savaşı” adlı layihə çərçivəsində bu günədək Siyəzən və Şabran rayonlarında intellektual turnirlər keçirilib. Növbəti tədbirlərin Qusar və Quba rayonlarında təşkil olunması planlaşdırılıb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR