AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məmməd Arazın 90 illiyi. Biganəlik iradlarına AÇIQLAMA

  • + A
  • - A
  • 13-10-2023, 12:44

    Məmməd Arazın 90 illiyi. Biganəlik iradlarına AÇIQLAMA

    Sən ömrünün atəşində yananda,
    Kölgəndən də gərəksizdim yanında.
    Qiymətli bir itik saxla yadında,
    Unut məni, aldat məni, at məni. Məmməd ARAZ


    Əvəzolunmaz şair Məmməd Arazın 90 illik yubileyidir. Xalq şairinin qızı İradə xanım Tuncay atasına göstərilən biganəlikdən şikayətlənərək şəxsi facebook səhifəsində qeyd edib ki, nə dövlət qurumları, nə təşkilatlar Məmməd Arazın 90 illiyi münasibətilə tədbirlər keçirməkdə maraqlı deyi.
    Azadmedia.az sözügedən statusu məqalənin sonuna yerləşdirib.
    90-cı illərin məktəblilərində, gənclərində vətən sevgisini aşılayan vətənin azadlığı üçün hayqıran, milli təfəkkürün oyanmasında danılmaz əməyi olan Məmməd Arazın xatirəsinə biganəlik onun şeirləri ilə böyüyən bir vətəndaş kimi məni də narahat etdi. Mövzu ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə sorğu yolladım.
    Nazirlikdən sorğuma cavab olaraq bildirdilər ki, 14 oktyabr  tarixində Xalq şairi Məmməd Arazın anadan olmasının 90 ili tamam olur. Yubiley münasibətilə Milli Kitabxanada 11 oktyabr tarixində “Xalq şairi Məmməd Araz” adlı ənənəvi kitab sərgisi açılıb. Sərgidə Məmməd Arazın əsərləri, redaktoru olduğu, ön söz yazdığı kitablar və  haqqında yazılan kitablar nümayiş olunur. Sərgi 1 həftə davam edəcəkdir. https://www.millikitabxana.az/news/memmed-araz-enenevi-kitab-sergisi             Həmçinin, kitabxananın əməkdaşları tərəfindən “Xalq şairi Məmməd Araz” adlı virtual sərgi hazırlanıb. Oktyabr ayının 12-də virtual sərginin onlayn rejimdə təqdimatı olub. Virtual sərgidə fotolar, Məmməd Arazın müəllifi olduğu kitablar, haqqında olan kitab və məqalələr, digər sənədlər nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://azertag.az/xeber/milli_kitabxanada_xalq_sairi_memmed_araz_adli_virtual_sergi_istifadechilere_teqdim_olunub-2784631 linkindən istifadə edə bilərlər.    
    Eyni zamanda, yubiley ili ilə əlaqədar “Azərbaycanın Xalq şairi Məmməd Araz – 90” adlı elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Prezidentin sərəncamı”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Məmməd Araz haqqında”, “Əsərləri”, “Haqqında”, “Sözləri Məmməd Arazındır”, “Fotoqalereya” və “Videoqalereya” adlı bölmələrdən ibarətdir.
     http://anl.az/el/emb/M.Araz/index.html
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR