Şəhid Elməddin Xasayevin həyat yoldaşı Azadə xanım vəfat edib. Onun iki məktəbli övladı var.
Elməddin Xasayev 2014-cü ildən hərbi sanitar vəzifəsində xidmət edirmiş. Bir müddət Beyləqan rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edəndən sonra o, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edib.
Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 44 günlük Vətən müharibəsində, sentyabrın 27-də Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub.
Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib.
Elmədin Xasayev ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Məlumatı Azadmedia.az məlumatı Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğluna istinadla yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.