AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yuxumdakı Şəhid" sənədli filminin təqdimatı keçirilib

  • + A
  • - A
  • 21-10-2023, 09:28

    "Yuxumdakı Şəhid" sənədli filminin təqdimatı keçirilib

    Oktyabrın 19-da Nizami Kino Mərkəzində 44 günlük Vətən Müharibəsində şəhid olan Cavid Həsənova həsr olunmuş "Yuxumdakı Şəhid" sənədli filminin təqdimatı keçirilib.
    Təqdimat mərasimi "Biz Bir Ailəyik" Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyi və "Uğur Events" MMC-nin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, “EasyDrill”, "Mobile Group", "Moon Group" şirkətləri, Nizami Kino Mərkəzi və "Medical Media" nın dəstəyi ilə reallaşıb.
    Tədbirdə hökumət gə ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, şəhid ailələri, qazilər, iş adamları, müəllim və tələbələr iştirak ediblər.
    Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və ərazi bütövlüyümüz və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
    Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əsgərov, Xəzər Universitetinin direktoru İradə Xəlilova Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli yoldan bəhs edib, Silahlı Qüvvələrimizin hər bir mənsubunun qəhrəmanlıq salnaməsində silinməz iz buraxdığını diqqətə çatdırıblar. Ordumuzun son antiterror əməliyyatında 24 saat ərzində qazandığı Qələbədən də də danışan natiqlər oktyabrın 15-də Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd rayonlarında Azərbaycan bayrağı ucaltmasını bütün dünya azərbaycanlılarının sevinclə qarşıladığını diqqətə çatdırıblar. Qeyd olunub ki, qazanılan qələbələr itkisiz başa gəlməyib, neçə-neçə qəhrəman Vətən oğlu bu yolda tərəddüd etmədən canından, qanından keçib. Onlardan biri də Vətən müharibəsi şəhidi Cavid Həsənovdur. Sənədli filmin təqdimatının məhz Vətən müharibəsinin üçüncü ildönümü günlərinə təsadüf etməsini yüksək qiymətləndirən çıxışçılar bununla sa Cavid Həsənovun timsalında bütün şəhidlərin yad edildiyini vurğulayıb, qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd ediblər.
    Sonra çıxış edən tədbirin təşkilatçısı "Biz Bir Ailəyik" Əlilliyi olan şəxslərə dəstək İB sədri Günay Ağazadə filmin ərsəyə gəlmə səbəbi haqqında məlumat verib "Tam 2 əvvəl yuxumda bir oğlan gördüm. O, mənə "anamı tap, ondan muğayət ol" dedi. Zaman keçdi. Bir müddət sonra həmin şəxs yenə yuxuma gəldi. Yenə də "anamı tap, ondan muğayat ol. Oğlu şəhid olan ağlamaz" dedi. Ayılanda həmin oğlanın şəhid olduğunu anladım, lakin kim olduğunu bilmirdim. Təsadüfən bir şəhid məclisində bir ananın sinəsindəki şəhid şəkli diqqətimi çəkdi. Şəkildəki şəhidin siması mənə haradansa tanış gəlirdi. Elə həmin an yuxumu xatırladım, bux həmin şəhiddir deyib adına baxdım, anası ilə tanış oldum. Olanları ona danışdım. Ana da təəccübləndi. Uzun zamandan sonra yaşadıqlarımızı lentə almağa, sənədli film çəkməyə qərara aldıq. Yaşadığım hadisənin təsirindən hələ də çıxa bilmirəm. Hər dəfə məndən kimsə sorşanda ki, qardaşın var? Mən xeyr cavabını verirdim. Lakin indi həmin suala "bəli var, amma şəhid olub deyirəm. Mən bu gün fəxrlə yaxşı ki, yuxuda belə olsa, Cavidi tanıdığımı deyirəm. Ruhun şad olsun, Cavid qardaşım”.
    Şəhidin anası Mirvari Həsənova şəhid anası olmaqdan qürur duyduğunu desə də, oğlu üçün çox darıxdığını dilə gətirib: "Övladımızla nə qədər fəxr etsək də, onların həsrətini, intizarını çəkirik. Amma başımız dikdir. Oğullarımız özləri ilə bərabər bizi də zirvələrə qaldırıblar".
    M.Həsənova filmin ərsəyə gəlməsində dəstəyi olan hər kəsə minnətdarlığını bildirib.
    Tədbirin bədii hissəsi ilə davam edib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi öz çıxışlarını və ifalarını təqdim ediblər.
    Sonra “Yuxumdakı Şəhid” filmi nümayiş olunub.
    Tədbirin sonunda təltifilolunma mərasimi keçirilib. Həmçinin şəhidin anasına özəl hazırlanmış hədiyyə təqdim olunub.


















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR