AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri arasında görüş keçirilib

  • + A
  • - A
  • 25-01-2024, 19:49

    “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri arasında görüş keçirilib

    Yanvarın 25-də Elm və Təhsil Nazirliyinin rəhbərliyi və “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri arasında görüş keçirilib.

    Elm və təhsil naziri Emin Əmrullayev və agentliyin qlobal məsələlər üzrə rəhbəri Phil Batinin iştirak etdiyi görüşdə yerli ali təhsil müəssisələrinin cari göstəriciləri və perspektivləri müzakirə olunub.

    Phil Bati dünya universitetlərinin reytinqi üzrə ümumi məlumat verib.

    Görüşdə həmçinin Azərbaycan ali təhsil müəssisələrinin nəticələri regional və qlobal səviyyədə müqayisə edilib. Nəticələri təhlil olunan müəssisələrin güclü, zəif tərəfləri vurğulanıb və reytinqlərdə irəliləmək üçün növbəti zəruri addımlar müəyyən olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR