AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kosmik stansiyada hamımız birlikdə yemək yeyirik - Türk astronavt

  • + A
  • - A
  • 29-01-2024, 13:20

    Kosmik stansiyada hamımız birlikdə yemək yeyirik - Türk astronavt


    "Mənim Beynəlxalq Kosmik Stansiyadakı həyatım bura gəlməzdən xeyli əvvəl yaxşı iştirak edən komanda tərəfindən tam təfərrüatı ilə planlaşdırılıb".

    Kosmosa çıxan ilk astronavt Alper Gezeravcı deyib:

    "Gündəlik işimə missiya idarəetmə mərkəzi ilə planlaşdırma görüşü keçirərək başlayıram. Hər gün orta hesabla 12-15 müxtəlif missiya yerinə yetirirəm. Mən vaxtımı çox yaxşı istifadə etməliyəm və aylarla hazırlaşdığımız üçün planlaşdırılan bütün işləri başa çatdırmalıyam”.

     "Stansiyanın 25 illik tarixində ilk dəfə eyni anda 7 ölkədən astronavtlar, 9 fərqli millət bir yerdə işləyir. Biz bütün dostlarımızla bir yerdəyik. Birlikdə vaxt keçiririk və bəzi fəaliyyətlər edirik. Məsələn, eksperimental işlərimizi tək görürük, amma bəzi işlərdə birlikdə işləyirik və bir-birimizə kömək edirik. Yemək üçün də bir araya gəlirik", - deyə o vurğulayıb.( TRT)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR