AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şagirdlər sinif otaqlarında özlərini təhlükəsiz hiss etmir - SƏBƏB

  • + A
  • - A
  • 30-01-2024, 14:41

    Şagirdlər sinif otaqlarında özlərini təhlükəsiz hiss etmir - SƏBƏB

    Ötən ay açıqlanan PİSA - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının nəticələrindən məlum olurdu ki, Azərbaycandan sorğuya qatılan şagirdlərin 20 faizi sinif otaqlarında özlərini təhlükəsiz hiss etmədiyini bildirib.

    Bu göstərici üzrə sorğuya qatılan ölkələr arasında (81 ölkə arasında) ən yüksək nəticə Azərbaycanda qeydə alınıb. Bu data təhsil sferası üçün SOS olmalıdır. Ötən həftə baş verənlərdən sonra yaqin sorğudakı faiz nisbəti daha da artacaq. Son günlər Azərbaycan məktəbləri ilə bağlı çıxan iki xəbər buna sübutdur. Mətbuatda çıxan xəbərə görə, Gəncədə məktəbli digər məktəblini bıçaqlayaraq öldürüb. Bakıda isə ibtidai sinif şagirdinin cinsi zorakılığa məruz qaldığı iddia edilir.

    Acı da olsa, etiraf edək ki, PISA nəticələri Azərbaycan məktəblərində bullinqin də kifayət qədər geniş yayıldığını göstərir. Sorğuda iştirak edən həm oğlan, həm də qız şagirdlərin 21 faizi, yəni təxminən hər beş şagirddən biri ayda bir neçə dəfə bullinqə məruz qaldığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR