AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tovuza salam göndərmək istəkləri həmyerlilərimizə baha başa gəldi

  • + A
  • - A
  • 30-01-2024, 17:08

    Tovuza salam göndərmək istəkləri həmyerlilərimizə baha başa gəldi


    Xəbər verdiyimiz kimi, Dubayda iki Azərbaycan vətəndaşı qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün saxlanıb.

    Turist kimi 1 günlük Dubaya gedən azərbaycanlılar dekabrın 11-dən ökəyə qayıda bilmirlər.
    Dubayda saxlanılanlar Emin Cəlilov və Mehman Pənahovdur. Azadmedia.az xəbər verir ki, onlar hadisə barədə Baku TV-yə danışıblar.
    Onlar özlərinə haqq qazandırmağa çalışaraq uşağın anasının şər atıb təzminat almaq istədiyini bildirib. Emin qaradərili uşaqla şəkil çəkdirərək “Tovuza salam” göndərməyini istəyib. Daha sonra uşağın anasından ünvan soruşublar, ünvan əvəzinə özlərini polis məntəqəsində görüblər.
    Polis məntəqəsində 2 gün nəzarətdə qalıblar. Sənədlərinə stop qoyulub. Polis Məntəqəsindən çıxdıqdan sonra artıq 48-ci gündür hoteldə qalırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR