AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"YAŞAT" Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir

  • + A
  • - A
  • 1-02-2024, 14:54

    "YAŞAT" Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir

    19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanov Azər oğlunun Bakı şəhərində doğulan övladı Humayın zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

    Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

    "Onlar bizə əmanət" layihəsi indiyədək 116 şəhid övladını əhatə edib.
    Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

    Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
    Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR