AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Amerikalı əsgərlər Rza Zərrabı axtarır

  • + A
  • - A
  • 3-02-2024, 09:30

    Amerikalı əsgərlər Rza Zərrabı axtarır

    ABŞ-də həbs edilən və etirafçı olduqdan sonra sərbəst buraxılan cənubi azərbaycanlı iş adamı Rza Zərrab yenidən ABŞ mətbuatının gündəminə çevrilib.

    Amerika əsgərləri və ailələri Suriya və Əfqanıstandakı hücumlar zamanı itki verdiklərini əsas gətirərək "Halkbank"a və Zərraba qarşı təzminat davası açıblar.

    Ümumilikdə 151 nəfər məhkəməyə müraciət edib.

    İddianamədə Zərrab və "Halkbank"ın terrorçuların hücumlarına yardım etmək və hücumlarla bağlı sui-qəsddə iştiraka görə məsuliyyət daşımaları tələb edilib.

    Lakin iddiaçıların vəkilləri Zərrabın yaşadığı yeri müəyyən edə bilmədiklərini, qaldığı evi satdığı üçün onunla əlaqə yarada bilmədiklərini deyiblər. Üstəlik, vəkillər

    Zərrabın müxtəlif ləqəblərdən istifadə edərək şəxsiyyətini gizlədiyini bildiriblər. Zərrabın yerini müəyyən etmək üçün detektivlər tutulması da bir nəticə verməyib.

    Qeyd edək ki, Rza Zərrab türkiyəli müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR