AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

  • + A
  • - A
  • 3-02-2024, 11:30

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Cənab Ali Baş Komandan!

    İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Mərkəzinin fəxri prezidenti Rəhmətulla Babayev, diaspora üzvüləri 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində YAP-nın namizədi, prezident İlham Əliyevi birmənalı olaraq dəstəklədikləniri yekdilliklə bildirdilər. İnquşetiya Respublikasında yaşayan minlərlə azərbaycanlını doğma Azərbaycana olan sevgi birləşdirir. Azərbaycanın Prezidenti olaraq Sizinlə hər zaman fəxr edirik. Müstəqil və güclü olan Azərbaycan Respublikasının vətəndaşı olduğumuz üçün qürur duyuruq.

    Bizim hər zaman arzu və istəyimiz Azərbaycanı güclü, qüdrətli, suveren və müstəqil görməkdir. Hazırda Azərbaycan Cənubi Qafqazın iqtisadi liderinə çevrilmişdir. Bu gün Azərbaycan regional və qlobal təşəbbüsləri ilə dünya dövlətlərinin diqqət məkəzindədir. Xüsusən Sizin təşəbbüslərinizlə Azərbaycanın həyata keçirdiyi layihələr dünya dövlətlərinin liderləri tərəfindən təqdir olunur. Bütün bunlarla yanaşı, dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün ardıcıl siyasət həyata keçirirsiz.

    Sizin müdrik siyasətiniz, qətiyyətli, cəsarətli addımlarınız sayəsində Azərbaycan tarixi Qələbə çalaraq öz ərazi bütövlüyünü bərpa etməyə nail olub. Ali Baş Komandan olaraq yüz illər boyunca heç kim etmədiyini etdiz. 20 il əvvəl dediyiniz sözləri dəfələrlə təkrar edərək Qələbə Marşı çaldırmağa nail oldunuz. Bizə bu şanlı Zəfəri və sevinci yaşatdığınıza görə Sizə və Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı bildiririk.

    Biz, hər zaman Azərbaycan Prezidenti olaraq Sizin siyasətinizi dəstəkləyirik. Bütün dünya azərbaycanlılarını 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə səsvermədə arzularımızı gercəyə çevirmiş Liderə dəstək olmağa çağırırıq.

    Rəhmətulla Babayev,
    İnquşetiya Azərbaycanlıları Şuşa Regional
    Milli-Mədəni Mərkəzinin fəxri prezidenti


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR