AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq kimə səs verib, kimin ardınca gedəcəyini daha yaxşı bilir

  • + A
  • - A
  • 3-02-2024, 12:00

    Xalq kimə səs verib, kimin ardınca gedəcəyini daha yaxşı bilir

    Şimali Osetiya Alaniya Respublikasında “Azərbaycanlılar Konqresi” nin Mərkəzi ofisində Konqresin fəxri prezidenti Şahin Məmmədovun, Konqresin sədri Murtaza Gülməmmədovun və diospora üzvülərinn iştirakı ilə 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri əlaqədar tədbir keçirildi.
    Şimali Osetiya Alaniya Respublikasında “Azərbaycanlılar Konqresi”nin üzvləri 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində: - Planlı inkişaf strategiyası, bu gün öz siyasi taleyini özü həll edə biləcək qədər yüksələn dövlət, tərəqqi və həlledici nöqtə olan zəfər zirvəsi, praqmatik siyasətin banisi möhtərəm Prezidentimizin namizədliyini dəstəkləməyi qərara aldılar.
    “Azərbaycanlılar Konqresi”nin fəxri prezidenti Şahin Məmmədov Azərbaycan Respublikasının prezidenti, Ali baş komandan, YAP-ın namizədi İlham Əliyev cənablarına müraciət edərək bildirdi:
    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
    Cənab Ali Baş Komandan!
    Sizin namizədliyinizi birmənalı olaraq dəstəkləyirik. Şimali Osetiya Alaniya Respublikasında yaşayan minlərlə azərbaycanlını doğma Azərbaycana olan sevgi birləşdirir. Azərbaycanın Prezidenti olaraq Sizinlə hər zaman fəxr edirik. Müstəqil və güclü olan Azərbaycan Respublikasının vətəndaşı olduğumuz üçün qürur duyuruq.
    Liderlik ruhu, millilik, torpağı, dövləti, xalqı hər şeydən üstün tutmağı bacarmaq irsi – artıq Sizin üçün bir missiyaya çevrilib.
    Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, təhlükəsizliyə, gələcəyə və onun təminatçılarına qarşı hər zaman həssas yanaşıb. Bu da xalqın genetik uzaqgörənliyinin nümunəsidir.
    Siz Ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalaraq, Ali Baş Komandan kimi Azərbaycanı dünyada nümunə ölkələr sırasına qaldırdınız. Ölkənin hərtərəfli inkişafını təmin etdiniz.
    Cənab Prezident! Sizin dəfələrlə vurğuladığınız ifadə ilə desək, ölkədə sabitliyin təminatçısı Azərbaycan xalqıdır və aparılan siyasətdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir.
    2003-cü ildən bu günə qədər Azərbaycan iqtisadiyyatı dünyada rekord göstərici üzrə artıb. Qarşıya qoyulan hədəf planların, ilin 6 aylıq yekunları üzrə şəffaf şəkildə cəmiyyətə təqdim olunması da İlham Əliyev siyasətinin ən uğurlu nöqtəsidir. Azərbaycan iqtisadiyyatının inkişafı göz önündədir. Bu, həmçinin müharibə və postmüharibə durumunda olan bir ölkənin göstəriciləridir. Statistikaya əsasən, Hədəfimiz olan qeyri-neft sektoru 3 faizdən çox artıb.
    Təbii ki, hazırda əsas istiqamət Sizin dediyiniz kimi, dayanıqlı inkişafının təmin edilməsi ( Respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur.), qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsidir.
    Azərbaycan tarixinin şərəfli səhifələrindən biri əzəli torpaqların işğaldan azad olması dönəmidir. Ali Baş Komandan İlham Əliyev, Azərbaycan xalqına yaşatdığınız bu təntənə, ölkənin inkişafı üçün qarşıya qoyulan çoxillik planları sadəcə motivasiya edə bilər. Düşünürəm ki, edir də.
    Dünya düzənində bəzi sistemsizliklər yarandı, Pandemiya, postpandemiya, müxtəlif cəbhələrdə aktiv müharibələr və onlardan əziyyət çəkən ölkələr,millətlər, bu və ya digər səbəbdən baş verən kataklizmlər və hətta yerin təbii fiziki dəyişiklikləri sanki insanların psixologiyasına da təsirsiz ötüşməyib. Bəzi davranış qaydalarında fərqliliklər meydana gəlib. İnsanlar artıq dünənki kimi davranmaq, sabah üçün hədəflənmək istəmir. Bütün bu hadisələr fonunda da ölkəni həm daxildə tənzimləmək, həm xarici qüvvələrdən qorumaq özü böyük bir müdriklik tələb edir. Bunu biz millət olaraq, 44 günlük Vətən müharibəsində, bəzi dünya ölkələrinin Azərbaycana qərəzli münasibətində Sizin cəsarətli və qətiyyətli addımlarlnlz sayəsində daha aydın gördük. Bəli, öz əzəli torpaqlarımızı azad etməklə siyasi liderliyinizi bütün dünyaya bir daha sübut etdiniz.
    İlham Əliyev adını hərb tarixinə “dəmir yumruq” siyasəti ilə yazdı. Diplomatik təcrübələrini bu gün bir çox dünya liderləri özlərinə nümunə olaraq götürür. Azərbaycan kimi coğrafi mövqedə yerləşən ölkəni həm daxildən, həm xaricdən stabillik içərisində, uğurla idarə etmək, qəbul edək ki, çətin olmaqla yanaşı, xüsusi şəxsi keyfiyyətlər də tələb edir. Bu baxımdan düşünürəm biz millət olaraq çox şanslıyıq.
    Hesab edirəm ki, Azərbaycan İlham Əliyevin idarəçiliyi ilə özünün şərəfli mərhələsini yaşayır. Azərbaycan tarixinin daş yaddsaşına İlham Əliyev adı Bütöv Azərbacanın banisi yazılsın möhtərəm Ali Baş Komandan!
    Biz, hər zaman Azərbaycan Prezidenti olaraq Sizin siyasətinizi dəstəkləyirik. Bütün dünya azərbaycanlılarını 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə səsvermədə arzularımızı gercəyə çevimiş Liderə dəstək olmağa çağırırıq.

    Hörmətlə, Şahin Məmmədov
    Rusiyanın Şimali-Osetiya-Alaniya Respublikasında
    “Azərbaycanlılar Konqresinin” fəxri prezidenti,

    Murtuza Gülməmmədov
    “Azərbaycanlılar Konqresinin” sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR