AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regionda qadınların əl işlərindən ibarət sərgi və B2B görüşləri təşkil edilir - FOTOLAR

  • + A
  • - A
  • 19-02-2024, 09:22

    Regionda qadınların əl işlərindən ibarət sərgi və B2B görüşləri təşkil edilir - FOTOLAR

    “Təmas-Sərvi” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən ilin noyabr ayından etibarən “Zorakılığa məruz qalmış region qadınlarının dərziçilik və sosial sahibkarlıq bacarıqlarının artırılması” təşəbbüsü çərçivəsində həssas vəziyyətdə olan qadınlar üçün təşkil etdiyi iki aylıq dərzi kursu yekunlaşmaq üzrədir. Artıq kurslara cəlb edilmiş xanımların hazırladığı tekstil məhsullarının müxtəlif məkanlarda nümayişi və B2B görüşlərinin təşkilinə başlanılıb. Bu fəaliyyət çərçivədə 15 fevral 2024-cü il tarixində Samux Gəncləri üçün İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə Samux şəhərində açıq havada sərgi təşkil edilib.

    “Təmas – Sərvi” MMC-nin direktoru Kubra Ələkbərova QHT.az –a abildirib ki, təşəbbüsün rəhbəri Kubra Ələkbərova qeyd etdi ki, sərgi və B2B görüşlərinin məqsədi həm də potensial korporativ müştərilərə təşəbbüsün cəmiyyətə gətirdiyi başqa dəyərlər haqqında məlumat verməkdir. Genderəsaslı zorakılıqdan zərər çəkmiş işsiz və layihə çərçivəsində dərzi ixtisası üzrə peşə təhsili alan qadınların istehsal etdiyi unikal tekstil məhsullarının ölkə və xarici bazarlara satışını təşkil etməklə onların işsizlik problemini dayanıqlı şəkildə həll etməyə dəstək olmaqdır. Qurulmuş yeni sosial biznes olan “Təmas Sərvi” zorakılığa məruz qalmış qadınlara peşə və stabil gəlir imkanı yarada, onların cəmiyyətə inteqrasiyası, övladlarının və ailə üzvlərinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhvə verə bilər.. Təşəbbüsə cəlb edilmiş qadınlar üçün təşkil olunan təlimlər və mentorluq sessiyaları qadınların səlahiyyətlədirilməsinə, sosial bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiya olunmalarına imkanlar yaradacaqdır.

    Qeyd edək ki, təşəbbüs Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir.
    [center]



    [


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR