AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Avropa Bilik Yarışması” müsabiqəsi keçirildi

  • + A
  • - A
  • 2-03-2024, 21:12

    “Avropa Bilik Yarışması” müsabiqəsi keçirildi


    Martın 2-də Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyi “Gənc Avropa Səfirləri” şəbəkəsi ilə birlikdə “Avropa Bilik Yarışması” müsabiqəsini keçirmişdir. Bu müsabiqə Avropa Bacarıqlar İli çərçivəsində “Doğru bacarıqlar qazan” şüarı altında təşkil edilən silsilə tədbirlərin bir hissədir.
    Azərbaycanın müxtəlif bölgələrindən olan 14-26 yaş arasında gənc istedadları bir araya gətirən yarışın məqsədi Avropa Ittifaqı və ona üzv dövlətlərə dair biliklərin, həmçinin dəyər və mədəniyyətlərin canlı ünsiyyət mühitində interaktiv şəkildə təşviq olunmasını dəstəkləmək, analitik bacarıqları inkişaf etdirmək, eyni zamanda komanda işini gücləndirməkdir.
    Aİ-nin Azərbaycan Respublikasında səfiri Peter Mixalko iştirakçıları salamlayaraq bildirmişdir: “Avropa İttifaqı təhsil və peşə təhsili sahəsində müxtəlif proqramlar həyata keçirməklə, o cümlədən təhsil sərgiləri təşkil etməklə Azərbaycan gənclərinin öz potensiallarını tam şəkildə gerçəkləşdirmələrində onları dəstəkləmək yolunu seçmişdir, bu yarışma da bacarıqlarınızın əyləncə yolu ilə artırılması, həmçinin Azərbaycanın uzunmüddətli və strateji tərəfdaşı olan Avropa İttifaqı haqqında əlavə məlumatın əldə edilməsi baxımından nəzərəçarpan bir nümunədir”.
    “Avropa Bilik Yarışması” müsabiqəsinə Bakı, Gəncə, Xaçmaz, Lənkəran və Sumqayıtdan təxminən 300 üzvün qatıldığı 72 komanda müraciət etmişdir. 65 gəncin təmsil olunduğu 18 komanda yarışda iştirak hüququnu qazanmışdır.
    Belçika, İsveç, Almaniya, Fransa, Rumıniya və Slovakiyanın Azərbaycanda fəaliyyət göstərən səfir və diplomatları tədbirdə iştirak etmişlər.
    ⁠Birinci yeri hər iki turda qalib gəlmiş Sinaps komandası, ikinci yeri ⁠The Rapture, üçüncü yeri isə Jong Ajaxqazanmışdır.
    Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko qaliblərə mükafatlar vermişdir. Yarış iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunmuşdur.



























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR