AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laçında dövlətin ayırdığı pulu havaya sovurub başdansovdu evlər tikirlər - Fotofakt

  • + A
  • - A
  • 4-03-2024, 21:28

    Laçında dövlətin ayırdığı pulu havaya sovurub başdansovdu evlər tikirlər - Fotofakt

    Şəbnəm Uğurlu Cəbrayıl vətənpərvər xanımdı. İllərdir müəllim kimi fəaliyyət göstərir, Taxtakörpüdə məcburi köçkünlərin övladlarına Vətən sevgisi aşılayır və bildirirdi ki, mütləq o torpaqlara qayıdacağıq. Bəli, illər keçdi, Şəbnəm müəllimə dediyi gün yetişdi. Təəssüf ki, dövlətin pulunu havaya sovurub Laçında başdansovdu iş görənlər Şəbnəm xanımı sosial problemi dilə gətirməyə vadar etdi. Azadmedia.az Şəbnəm xanımın yazdıqlarını təqdim edir:

    "Hörmətli dostlar, bu həssas mövzuda paylaşım edib-etməmək haqqında çox tərəddüd etdim. Məni tanıyanlar bilir ki, heç vaxt şəxsi məsələlərimə görə hər hansı bir şikayət postu açmamışam facebookda.
    Amma və lakin artıq 7 aydır ki, Laçında böyük sevinc ilə qayıtdığımız evin acınacaqlı vəziyyətə salınması, övladlarımın qorxudan həyətə düşə bilməməsi, yaşlı anamın dəfələrlə yıxılması məni bunu yazmağa məcbur etdi. Mən dövlətimi çox sevirəm, hər zaman ictimai faəliyyətimlə də dövlət siyasətini böyük fəxr hissi ilə təbliğ etmişəm. Əgər mənim dövlətim desəydi ki, “müharibədən çıxmışıq, maddi vəsait yoxdur, öz madiyyatınızla həll edin”, indi biz həyətimizdə çadır da qurub qalardıq (Bakı Abadlığa müraciət edəndə deyirlər ki “çadırda da qalarıq dediniz, indi ev davası etməyin).
    Amma mənim güclü, nüfuzlu dövlətim var və dövlət Laçına, Laçının yenidən qurulmasına, yetəri qədər vəsait ayırıbsa, mən niyə 31 il sonra hər yeri dəyişdirilmiş, əsas hissələri ləğv edilmiş evə köçürülməliyəm? Burada kimlərsə mənfəət qazanacaq deyə, mənim övladlarım niyə Laçında ən bərbad təmir edilən evdə yaşamalıdır? Laçına aidiyyatı olmayan insan hardan bilsin ki, Əhmədov Tofiq o evi necə zəhmətlə və necə böyük həvəslə tikmişdi? Bunlar əlinə mikrafon alıb yallı getməyə bənzəməz, bunlar vicdan tələb edən işlərdir! Mənə deyirlər ki, “Laçın qısa müddətdə tikildi ona görə” və mənə çox maraqlıdır, qısa müddətdə tikmək evin yarısını kəsməkdirmi? Odur ki, artıq dözmürük və övladlarımın haqqının tapdanmasına göz yuma bilmirəm…Təəssüf hissi ilə fotoların bir qismini paylaşır və bütün aidiyyati qurumları bu məsələdə mənə dəstək olmağa səsləyirəm…".






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR