AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gül dəstələrinin əlyandıran qiymətləri

  • + A
  • - A
  • 7-03-2024, 08:17

    Gül dəstələrinin əlyandıran qiymətləri


    8 mart ərəfəsidir. Şəhərin gül dükanlarında canlanma yaranıb. Bəzi dükanlar müştəri cəlb etmək üçün rəngarəng gül dəstələri ilə səkiləri zəbt etməkdən də çəkinməyib. Dünən şəhərin mırkəzində maraq üçün yolüstü gül dükanlarına nəzər saldım. Əksər dükanlarda sadə buketlər eyni görünüşdə, eyni qiymətədir. Ən ucuz gül dəstəsi dükanlarda 30-35 manata təklif edilir. Satıcılar onlara "tələbə gülü" deyirdi. Növbəti yeri "müəllim gülü" adlandırdıqları buketlər tutur. Bu güllərin qiyməti 50-70 manatdan başlayır. Bu buketlərin çəkisi də biraz ağır görünür. İçində torpağı əvəz edən maddə var, dediklərinə görə, o maddə gülləri uzunömürlü edir.
    Növbəti buketlər "sevgili gülü" idi. Ən gözəl, zövqlə hazırlananı da vardı, güllərin çoxluğundan kobud görünəni də. Bu güllərin qiyməti 250 manatdan başlayır, güllərin sayına və əl işinə görə dəyişirdi. Diqqətimi royal-buket cəlb etdi. 270 manata təklif edilirdi...
    Satıcılar deyir ki, ildə 2 dəfə şıdrığı alver edə bilirlər. Yeni dərs ilinin başladığı gün və 8 martda. Sevgililər günü oyuncaqlar və hədiyyələr almağa üstünlük verilir, nəinki gül. Qalan vaxtlar "çörəkpuluna" işləyirlər. Dükanı icarə opanlar bəzən yerin icarə pulunu da çıxara bilmir.
    Qadınlara 1 gün deyil, hər gün diqqət göstərilməlidir. Belə olarsa, zərif varlıqlar üçün hazırlanan gül dəstələri əl yandərmaz, əllərə gözəllik verər.
    Elnurə Abuşova



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR