AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək

  • + A
  • - A
  • 11-03-2024, 20:20

    Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək

    Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin sertifikatlaşması, bilik və bacarıqlarının qiymətləndirilməsi sahəsində həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılması məqsədilə martın 14-ü saat 15.00-da “Açıq qapı” günü keçiriləcəkdir.

    “Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) ghd@ddla.gov.az e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

    Qeyd edək ki, Agentlik tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Açıq qapı” günlərinin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

    Bu barədə Agentliyin rəsmi səhifəsində və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR