AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qohum nikahlar bu regionda daha çoxdur

  • + A
  • - A
  • 12-03-2024, 11:45

    Qohum nikahlar bu regionda daha çoxdur

    12 mart 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və Xalq qəzetinin birgə təşkilatçılığı ilə Sosial Tədqiqatlar Mərkəzinini inzibati binasında qohum nikahlarla bağlı ictimai müzakirə keçirilib. Müzakirə zamanı məlum olub ki, qohum hesab edilən şəxslər arasında qeydə alınmış və pozulmuş nikahların sayı artıb.
    Azadmedia.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata əsasən qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363 , 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.

    Ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR