AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi yeni layihəsi çərçivəsində tədbirlərə start verir

  • + A
  • - A
  • 13-03-2024, 11:02

    “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi yeni layihəsi çərçivəsində tədbirlərə start verir


    “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) fəaliyyəti dövründə məqsədinə çatmaq və qarşısında duran bir neçə vəzifələri əsas götürərək müxtəlif məzmunlu proqramlar və layihələr hazırlayıb icra etməyə başlayıb. MİDİB-in rəhbərliyi və işçi qrupu təşkilatın Nizamnaməsində qeyd olunan “Əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən layihələrin hazırlanması, həyata keçirilməsi, başqa təşkilatlarla birgə belə layihələrin yerinə yetirilməsi” və “Dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və sair tədbirlər təşkil etmək və xaricdə keçirilən belə tədbirlərdə iştirak etmək” kimi vəzifələrə istinadən özünün strateji fəaliyyət proqramını tərtib etmiş və onun icrasını uğurla davam etdirməkdədir.

    QHT.az xəbər verir ki, MİDİB-in xüsusilə 2022-ci ildə hazırladığı “Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər adlı layihəsi və 2023-cü ildə yaxın məzmunlu digər “İnklüziv peşə hazırlığı mərkəzinin təşkili və təşviqi” adlı layihəsi Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilmiş və layihə işçi qrupu tərəfindən uğurla icra edilib. Göründüyü kimi son iki ildə icra olunmuş layihələr daha çox tədqiqat və maarifləndirmə yönümlü olmuş və onların icrasının nəticələri əsasında əldə edilən məlumat və ehtiyaclar siyahısına istinadən 2023-cü ilin sonunda yeni "Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi" adlı layihənin hazırlanmasına və icrasına qərar verilib. Qeyd olunan yeni layihə əvvəlki iki layihənin davamlılığı və MİDİB-in strateji fəaliyyət proqramının icrası baxımından həm aktual, həm də çox əhəmiyyətlidir.

    "Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi" adlı layihənin məqsədi, ölkəmizin sosial baxımdan həssas əhali qrupunun üzvləri, həmçinin Əlilliyi Olan Şəxslərin (ƏOŞ) məşğulluğunun təmin olunmasında müəyyən peşələrin Ali Təhsil Müəssisələrində (ATM) inklüziv peşə hazırlığı mərkəzlərinin sosial sahibkarlıq (biznes) modeli əsasında təşkilinin əhəmiyyətini təşviq etməkdir. Sözügedən layihənin rəhbəri və MİDİB-in icraçı direktoru Arif Nəcimov hesab edir ki, ATM-də xeyli potensial resurslar var ki, onlar daha səmərəli və sistemli istifadə olunarsa, ölkəmizdə daha çox inklüziv peşə hazırlığı mərkəzləri qurula bilər. Bu cür mərkəzlərin aktiv fəaliyyəti nəticəsində isə ölkəmizdə mövcud olan bir çox sosial baxımdan həssas əhali qrupunun üzvləri və ƏOŞ-lər müəyyən peşələrə yiyələnərək öz məşğulluqlarını təmin etməklə yanaşı dövlətin mövcud məşğulluq proqramlarından da daha səmərəli faydalanmaq imkanı əldə edə bilərlər.

    Layihənin icrasında başqa vacib məsələlərdən biri də ƏOŞ-lər üçün daha inklüziv fiziki və sosial mühitin formalaşmasını, onların reabilitasiya və sosial inteqrasiyasına dəstək verməyi bəzi peşəkar mütəxəssislərin (sosial işçilərin, memarların, inşaatçıların, dizaynerlərin, mühəndislərin, uyğun QHT-lərin və sosial sahibkarların), həmçinin elmi-tədqiqat işləri ilə məşğul olan şəxslərin diqqətini çəkməkdir. Layihə çərçivəsində təşkil olunacaq dəyirmi masalarda sosial baxımdan həssas əhali qrupunun üzvlərinə və ƏOŞ-lara faydalı ola biləcək inklüziv peşə hazırlığı mərkəzlərinin təşkili, həmçinin onun sosial sahibkarlıq (biznes) modelində fəaliyyətinin qurulması və uyğun dövlət təşkilatlarına təkliflərin hazırlanması da planlaşdırılıb.

    Yekunda onu da əlavə etmək istərdik ki, sözügedən layihənin icra olunmasında və təşkil olunacaq tədbirlərdə ATM-lərdən başqa bütün maraqlı və uyğun olan hər bir şəxs və ya mövcud və potensial tərəfdaş təşkilatlar, həmçinin şirkətlər və tədqiqatçılar da MİDİB ilə (eMail: office.midib.org@gmail.com) əlaqə saxlaya bilər. Layihənin rəhbəri 2024-cü ilin mart ayından etibarən ilin sonuna kimi cari layihə çərçivəsində təşkil olunacaq dəyirmi masalara bütün maraqlı və uyğun şəxsləri (tərəfləri) dəvət edir. Qeydiyyat üçün təqdim olunan e-mail ilə əlaqə saxlamaq mümkündür. Mart və digər aylarda təşkil olunacaq tədbirlərdə iştirak etmək istəyən hər bir şəxs öz e-maili ilə (SAA-nı, təmsil etdiyi təşkilatın adını və təşkilatdakı vəzifəsini, mobil telefon nömrəsini və layihə çərçivəsində təkliflərini yazaraq) müraciət edərsə, həmin şəxslərə tədbirin dəqiq tarixi və ünvanı e-mail ilə bildiriləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR