AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Artıqlamasıyla alarıq" cümləsi haqqın özü idi!

  • + A
  • - A
  • 13-03-2024, 15:47

    "Artıqlamasıyla alarıq" cümləsi haqqın özü idi!

    Şah İsmayıl Səfəvi: "Hüzurunda göbək oynadan millətin, sərhədində düşmən at oynadır."

    Belə bir cümlə altında yaşamaq dözülməz idi.

    Prezident İlham Əliyevin dilindən çıxan "artıqlamasıyla alarıq" cümləsi elə-belə və təsadüfi cümlə deyildi. Əsrlər keçəcək hər dəfə daha dərindən və heyrətlə müzəffər Prezident İlham Əliyevin qələbəsini öyrənərik. Sirr deyil ki, Prezident heç kəsin haqqına girən sərkərdə deyil.

    Prezident İlham Əliyevin müharibə vaxtı ayrı-ayrı vaxtlarda işlətdiyi məşhur haqq sözləri bunlar idi: "Düşməni torpaqlarımızdan qovuruq, xoşluqla çıxmasını istəyirik qoy nə biz, nə onlar tərəfdən itki olmasın, haqq savaşındayıq, öz torpaqlarımızı alırıq, lazım gələrsə artıqlamasıyla alarıq. "Artıqlamasıyla alarıq" cümləsi haqqın özüdü, ədalətin ta kəndisi. Quranda qeyd edilir ki, Allah öz bəndələrinə, onların əməyinin qarşılığını artıqlamasıyla verməklə məşğuldur. Allah artıqlamasıyla verəndə ədaləti pozur belə çıxır?! Artıqlamasıyla ədalətli davranışdı bəzi yerlərdə, Allah da ədalətlilərin ən ədalətlisidir deyə, bu gözləniləndi. Artıqlamasıyla sözü bəzən kiminsə haqqına girmək deyil, ədalətin bərpası sayılır. Məcburiyyətdən də doğa bilir, günahkar sayılmaz bunu edən və.s

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR