AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid şəkilləri ilə yolların kənarını bəzəmək yox, ailələrinin rahatlığını təmin etmək lazımdır

  • + A
  • - A
  • 14-03-2024, 07:50

    Şəhid şəkilləri ilə yolların kənarını bəzəmək yox, ailələrinin rahatlığını təmin etmək lazımdır

    Savalan yaşayış massıvınin sakini, jurnalist Fəridə Rüstəmova yazır:
    "Qırmızı haşiyəyə aldığım yer Savalanda şəhid və qazi ailələri üçün tikilmiş binalardır.
    Bu yola mütləq bir avtobus lazımdır.
    Həm uzun müddət o ərazidə yaşayanlar, həm də binanın yeni sakinləri bu barədə dəfələrlə müraciət etsələr də, baxan eşidən yoxdur.
    139 saylı marşurut xəttinə sözüm yox, Savalanın o biri başındadır, bu tərəfə də bir əncam çəkən olsa, əla olardı.
    138 saylı avtobus xətti açmışdılar, amma sürücülər 45-50 dəqiqədən bir gəldilər, bu interval da heç kəsə sərf etmədi, söhbəti bağladılar getdi.
    Yeni avtobus versələr, gediş-gəliş intervalına əməl etsələr, sakinlərin canı dincələr. Bu yolun özü 10 dəqiqə, Məhəmmədi dairəsinə qədər isə 25 dəqiqəlik piyada yoldur. Get ki get, çatacaqsan. Hərə öz şəxsi maşınında yollara çıxır, onda da tıxac əlindən tərpənmək olmur.
    Kənarları şəhid fotoları ilə bəzənmiş bu yola bir əlac edən tapılar, ümidvaram.
    Bu yollar həm də macəra doludur. Kimsə jest edərək yolda hansısa qadın və kişini maşınına götürürsə, bəzən birmənalı qarşılanmırlar. Təşəkkür edəni də var, söyəni də...
    "Sən kimsən ki, məni maşınına götürürsən?" deyənlərinə də gülməyim gəlir. Özünün içi qaranlıqla dolu adam elə bilir ki, hər kəs elədir.
    El yoludur. Maşın jest edib saxlayır, minməyəcəksənsə, mədəni təşəkkür et, minib gedəcəksən də eynən ...
    Bu yolların bir problemi də odur ki, Savalanın itləri sürü ilədir.
    Problem kimin vecinədir ki?
    Ötən dəfə bu yolun o tərəfindəki dəvə çuxurunu çəkmişdim. Dünən də gördüm ki, elə bil asfaltın üstünə asteroid düşüb, suyu-seli də öz yerində, düzəldən olmayıb...

    Şəhid şəkilləri ilə yolların kənarını bəzəməklə deyil e, onların bu yolları gedib-gələn ailələrinin rahatlığını da təmin etmək lazımdır...".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR