AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BakuBus MMC-nin sürücüsü adam öldürdü, təsəlli əvəzinə ailəyə hədə-qorxu gəldilər

  • + A
  • - A
  • 14-03-2024, 09:05

    BakuBus MMC-nin sürücüsü adam öldürdü, təsəlli əvəzinə ailəyə hədə-qorxu gəldilər

    Martın ilk günü səhər saat 8-də Oruc Bakı şəhərində yaşayan milyon vətəndaşdan biri kimi işə tələsirdi. Təəssüf ki, naşı sürücü nəinki işə çatmasına, 26 yaşlı Orucun həyatının yarıda qırılmasına, 1 yaşlı qızının atasız qalmasına, bir ailənin çırağının sönməsinə səbəb oldu. Söhbət 1 mart səhər saat 8-də baş verən qəzadan gedir.

    Mərhum İbrahimov Oruc İbrahim oğlunu mart ayının 1-də Koroğlu metrosu yanındakı mübadilə məntəqəsində BakuBus MMC-nin avtobusu vurub. Mərhumu 7 metr sürüyən sürücüyə sərnişinlər avtobusun altında adam qaldığını desə də, əyləci basmağa tələcməyib. Mərhum doğulduğu Nehrəm qəsəbə məzarlığından dəfn olunub.
    Mərhmunun hüquqi təmsilçisi Elçin İbrahimovdur. Qeyd edək ki, mərhum Oruc İbrahimov türkoloq alim Elçin İbrahimovun qardaşı oğludur.
    Elçin müəllim Azadmedia.az-ın əməkdaşı ilə söhbət zamanı başlarının yasa qadışdığını, hüquqi məsələlərlə bundan sonra məşğul olacağını bildirib. Onun sözlərinə görə Orucun faciləli ölümündə günahkar olan sürücünün çalışdığı BakuBus MMC şirkətindən heç kim onlarla maraqlanmayıb:
    "Hadisədən 8 gün sonra BakuBusun əməkdaşı, facebokda yazdığım statusundan sonra mənə zəng vurdu ki, Bakıya gələndə görüşək. Görüşəndə də özlərini elə apardılar ki, sanki elə hadisə olmayıb. Bakıya gəlib görüşdüm, danışıqlarından belə aydın oldu ki, çox "narahat" olublar. Mən aqressiv danışanda dedilər ki, bizim də hüquqşünaslar var, elə-belə şirkət deyilik ki...".
    Elçin müəllim saytımız vasitəsilə BakuBus MMC-yə sual edir, belə sürücüləri Bakubus necə işə qəbul edib? Mərhumun ailəsinə mənəvi, maddi dəstək təklifi əvəzinə, hərbə-zorba gəlməklə nə demək istəyirlər?
    Mərhumun hüquqi varisi hələki müstəntiqlə görüşmədiyini bildirdi.
    Oruc İbrahimovun ailəsinin BakuBus MMC üzərində hansı haqları var? Nə edə bilərlər? Qanunla şirkət əməkdaşı iş başında ölümlə nəticələnən qəza törədibsə şirkətin öhdəliyi nədir? Bu sualla Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradova müraciət etdik.
    Mehman Muradov bildirdi ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
    İnanırıq ki, istintaq düzgün aparılacaq, günahkar cəzasını alacaq, BakuBus MMC üzərinə düşən öhdəliyi yerinə yetirəcək. Düzdür heçnə Orucu geri qaytarmayacaq, amma atılacaq addımlar ailə üçün təsəlli və mənəvi zərbə vurduqları ailənin maddi vəziyyətinə dəstək olacaq.
    İstintaq bitsin, mövzuya qayıdacağıq.

    Elnurə Abuşova

    Mərhum Oruc İbrahimovun fotosu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR