AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səsvermənin ilk günündə Moskvada üç milyona yaxın insan səs verib

  • + A
  • - A
  • 15-03-2024, 22:06

    Səsvermənin ilk günündə Moskvada üç milyona yaxın insan səs verib

    Moskvada Rusiya prezident seçkilərində səsvermənin ilk günündə 3 milyona yaxın insan səs verib. AGN Moskva xəbər verir ki, bu barədə jurnalistlərə Moskva Şəhər Seçki Komissiyasının sədri Olqa Kirillova məlumat verib.

    Kirillova bildirib ki, ümumilikdə 2 milyon 976 min 987 bülleten buraxılıb. 2 381 139 seçici elektron, 595 848 nəfər isə kağız vasitəsilə səs verib.

    Onun sözlərinə görə, bu, “səsvermənin ilk günündə görünməmiş dərəcədə yüksək fəallığın olduğunu” göstərir.

    Moskva vaxtı ilə saat 16:00-da Moskvada 2,3 milyon insanın səs verdiyi bildirilir. Onlardan 1 859 609 nəfər elektron, 390 955 seçici isə kağız bülletendən istifadə edərək səs verib.

    Martın 15-də Rusiyada prezident seçkilərində, o cümlədən distant formatda səsvermə başlayıb. Onlar martın 17-si daxil olmaqla davam edəcək.

    Bundan əvvəl Kreml Vladimir Putinin seçkilərdə niyə onlayn səs vermək qərarına gəldiyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR