AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı şəhərində görmə üzrə əlilliyi olan 18 yaşına çatmayan şəxslər üçün Novruz bayramı şənliyi təşkil edilib - FOTOLAR

  • + A
  • - A
  • 17-03-2024, 13:48

    Bakı şəhərində görmə üzrə əlilliyi olan 18 yaşına çatmayan şəxslər üçün Novruz bayramı şənliyi təşkil edilib -



    Bakı, 17 mart — Azadmedia.az

    Bakı şəhərində görmə üzrə əlilliyi olan 18 yaşına çatmayan şəxslər üçün Novruz bayramı şənliyi təşkil edilib.

    Azadmedia.az Veteran.gov.az-a istinadən xəbər verir ki, Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilati dəstəyi ilə “Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı layihəsi icra edilib.

    Bayram şənliyində Bakı, Abşeron , Sumqayıt bölgələrində yaşayan və “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı xüsusi internat məktəbi”ndə təhsil alan görmə üzrə əlilliyi olan uşaqların iştirakı təmin edilmişdir və yeniyetmələrin şənlikdə iştirakının rahatlığının təmin edilməsi üçün müyəssər şərait qurulub.

    Bayram şənliyi Bakı şəhəri, Nərimanov rayonu, “Metropark” ticarət və əyləncə mərkəzində təşkil edilib.

    Bayram şənliyində gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, yemək və Novruz bayramına xas elementlərlə bəzədilmiş şirniyyat süfrəsi eləcə də tiflo (müyəssər musiqi texnikası-qulaqlıqlar) hədiyyələr təqdim edilib.

    Şənlikdə 200-ə yaxın uşaq və onları müşayiət edən şəxslər iştirak edib.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR