AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yaşıl Dünya naminə həmrəylik ili” - FOTOLAR

  • + A
  • - A
  • 19-03-2024, 11:30

    “Yaşıl Dünya naminə həmrəylik ili” - FOTOLAR

    Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində layihələrin müzakirəsi məqsədi ilə çay məclisi keçirilib.

    Çay məclisi NAYORA-nın sədri Rafael Hacıbəylinin açılış nitqi, AR Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva və AR Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Qədir Xəlilovun qonaqları salamlaması ilə öz işinə başlayıb.

    Görüş “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində layihə təkliflərinin səsləndirilməsi və müzakirələrlə davam edib. Həmçinin, gənclər təşkilatlarının rəhbər və nümayəndələri qonaqlara öz sual və təkliflərini ünvanlayıblar.

    Qeyd edək ki, görüşün əsas məqsədi “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək layihə təkliflərinin müzakirəsi, gənclər təşkilatlarına yaradılacaq imkanlar barədə məlumat vermək, yeni inkişaf mühiti üçün zəmin yaratmaq, əməkdaşlıq təşəbbüslərini artırmaq olub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR