AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnsanların aqressiyasının bir səbəbi də tıxaclardır

  • + A
  • - A
  • 27-03-2024, 00:10

    İnsanların aqressiyasının bir səbəbi də tıxaclardır


    Elnurə Abuşova

    Günün mövzusu parkinq qiymətlərinin baha olması olmuşkən, mən də fikirlərimi köşə vasitəsilə bildirmək istədim.

    Dəstəkləyirəm parkinq yerlərinin baha olmasını. Evdə 5 nəfər var, 5-i də evdən maşınla çıxır göstəri üçün. Mən hər gün Hollivudun yanından evə cəhənnəm əzabı çəkərək gəlirəm. Maşın o qədər çoxdur ki, əvvəl həftə sonları, yaxud işin sonunda tıxac olurdu, artıq Azadlıq prospekti limitsiz tıxac yaşayır.
    Üzümü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, AzParking MMC-yə tuturam; gəlin Rəsulzadə qəsəbəsinə də əncam çəkin. Piyada səkilərini zəbt ediblər, yol gedəndə həyatımız təhlükədə, 2 tərəfli dar yolda əlimizdəki çantalar avtomobillərə sürtünür.
    Təcili işi olan taksi ilə gedə bilər. Taksi parkinq qiymətinədir zatən.
    Qeyd: Avtomobili olanlara qəti paxıllıq etmirəm. İndi avtomobil sahibi olmaqdan asan heç nə yoxdu. Mən avtomobil alsam, onu yalnız rayon səfərlərində və ekstren vəziyyətlərdə istifadə edərəm.
    Bakı tıxacdan boğulur. Əvvəl-axır bunun çıxış yolu olmalı. İnsanlar tıxaclarlarda itirdiyi vaxtı sevdiklərinə həsr etsin. Vallah, insanların aqressiyasının bir səbəbi də tıxaclardır. Səhər işə gedəndə səhərki tıxac əhvallarını korlayır, axşam evə gələndə də axşamkı. Nəticədə işdə, dərsdə, evdə, cəmiyyətdə hamı bir-birinə kin qusur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR