AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əmək bazarı bülleteni hazırlanıb

  • + A
  • - A
  • 28-03-2024, 13:23

    Əmək bazarı bülleteni hazırlanıb

    Namizədlərin iş müsahibələrində uğursuz olmasına səbəb olan amillər nələrdir?

    “İşçilərin müraciət etdikləri iş və şirkət haqqında məlumatsızlığı, qeyri-peşəkar davranışları, təqdimat və ünsiyyət bacarıqlarının zəif olması onları müsahibədə uğursuz göstərən əsas səbəblərdəndir”. İşəgötürən və işçilərin iştirak etdiyi anket sorğusunun nəticələri belə deməyə əsas verir.
    Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü il üçün Azərbaycanda işəgötürənlər tərəfindən tələb olunan bacarıqları qiymətləndirmək və əmək bazarı ilə bağlı işəgötürənlərlə işçilər arasındakı məlumat boşluğunu doldurmaq üçün işəgötürənlər və işaxtaranlar üçün əmək bazarı bülleteni hazırlanıb. Bülletenin hazırlanmasında əsas məqsəd işaxtaran şəxslərin işəgötürənlərin tələb etdikləri bacarıqlarla bağlı məlumatlandırılması və işəgötürənlərə qlobal əmək bazarına əsasən diqqət etməli olduqları məqamların göstərilməsidir.
    Bülleten Azərbaycan üzrə 150 000-dən çox işçini və 22 fəaliyyət istiqamətini təmsil edən 138 şirkət arasında aparılmış araşdırma və sorğu əsasında hazırlanıb. Əldə olunan nəticələr Dünya İqtisadi Forumunun “İş Sahələrinin Gələcəyi 2023” hesabatında əksini tapan meyar və göstəricilərlə müqayisə edilib.
    Bülleten əmək bazarı ilə bağlı maraqlı nəticələri ortaya çıxarıb. Belə ki, ölkədə işəgötürənlərin əksəriyyəti namizədlərin ali təhsilli olmalarına xüsusi diqqət yetirir. İşəgötürənlərin təxminən 93 faizi mütəxəssis heyəti üçün, 53 faizi isə inzibati və yardımçı heyət üçün bakalavr təhsilinin olmasını istəyir. Amma bununla belə tələb olunan təhsilin vakansiyaya uyğunluq nisbəti çox aşağıdır.
    Sorğunun nəticələri göstərir ki, Azərbaycanda işəgötürənlər işçilərin analitik, yaradıcı düşüncə, özünütanıma və sosial təsir kimi bacarıqlarının olmasını o qədər də vacib hesab etmirlər.
    Bundan əlavə işəgötürənlərin əksəriyyəti isçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirmək üçün yalnız təlim və seminarlara üstünlük verir.
    Qeyd edək ki, aparılan sorğunun nəticələrinin Dünya İqtisadi Forumunun “İş Sahələrinin Gələcəyi 2023”» hesabatı ilə müqayisəsi göstərir ki, rəhbər heyət, mütəxəssislər, inzibati və yardımçı heyət üzrə Azərbaycanda tələb olunan bacarıqlarla beynəlxalq əmək bazarındakı tələblər təxminən 50% uyğunlaşır.
    Bülletenlə qeyd edilən linkə daxil olaraq tanış ola bilərsiniz.
    https://dma.gov.az/storage/m-k-bazar-blleteni-1.pdf


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR