AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti nəyə əsasən müəyyənləşdirilir? - İZAH

  • + A
  • - A
  • 28-03-2024, 15:43

    Bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti nəyə əsasən müəyyənləşdirilir? - İZAH

    Bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti nəyə əsasən müəyyənləşdirilir? Ən çox rast gəlinən suala cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 99-cu maddəsinin 4-cü hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normatv qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır.

    Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.

    Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir rəsmiləşdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR