AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

7-ci sinif şagirdi dünya reytinqinin 2-cisi ABŞ-ın dünyaca məşhur universitetinə qəbul alıb

  • + A
  • - A
  • 31-03-2024, 13:13

    7-ci sinif şagirdi dünya reytinqinin 2-cisi ABŞ-ın dünyaca məşhur universitetinə qəbul alıb

    Bakıdakı 36 saylı məktəbin 7-ci sinif şagirdi Raul Səlim dünya reytinqinin 2-cisi ABŞ-ın dünyaca məşhur Stanford Universitetinin orta məktəbinə “Stanford University Online High School” ən yüksək göstəricilərlə qəbul alıb.

    2022-ci ildə Frankfurtda keçirirlən Beynəlxalq STEM Olimpiadasının böyük finalında Coding üzrə bürünc medal, riyaziyyat üzrə də bürünc medal qazanıb.

    2023- cü ildə Parisdə keçirilən Beynəlxalq STEM Olimpiadasının böyük finalında Coding üzrə gümüş medal, riyaziyyat üzrə bürünc medal qazanıb.

    2023 -ci ildə şahmat üzrə təsnifat turnirində 9 raundun hər birində qalib gələrək I yer tutub. III dərəcə rang sahibidir.

    Raul Çernoqoriyada tədris olunan “Liderlər Məktəbinin” üzvüdür.

    O, IDEA- nın “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin üzvü və konsuludur.

    İngilis və rus dilini mükəmməl bilən Raul hazırda çin və fransız dillərini öyrənir.

    Mənbə: Azərbaycan Universitetləri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR