AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kirayə pulu verə bilməyib küçəyə atılan alimi yaxından tanıyaq

  • + A
  • - A
  • 31-03-2024, 23:35

    Kirayə pulu verə bilməyib küçəyə atılan alimi yaxından tanıyaq

    Professor Fazil Qaraoğlu İsmayılov 14 il Ankarada Gazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb.
    "Ermənilər və Həqiqətlər- sənədlərdə" mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cildə kitab yazıb və nəşr elətdirib. Bunla da başına bəla açıb. Ermənilər ölümlə hədələməyə başlayıb. Türk dövləti tərəfindən xüsusi qorunmaya alınıb. Təhlükəsizliyini təmin etmək üçün Bakıya qayıdır. 17 ildir kirayələrdə yaşayır.
    Müqəddəs Quran kitabını ilk dəfə hər iki dilə, həm Azərbaycan həm də rus dilinə çevirən tək mütərcimdir.
    Bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır. Böyük Millət Məclisinin bu barədə təşəkkür məktubu var. Tərcümə etdiyi Quran kitabında 500 ədəd Heydər Əliyev Fonduna bağışladığı üçün Anar Ələkbərovun xüsusi təşəkkür məktubu var.
    Ensiklopedik biliyə sahib olan millətçi bir alimdir.
    Hazırda alim küçədə qalıb, qonşunun maşınında gecələyir. Ona oteldə qalmaq təklif olunub. Əlyazmalarını və kitablarını küçədə qoyub heç yerə getmək istəmir. AMEA susur, Yasamal rayon icra nümayəndəsi alimə bildirib ki, münasib qiymətə kirayə ev tap, yarısını biz verərik...
    Ona mütləq ev verilməlidir, o yaşamalıdır.
    Qeyd: Məlumatlar Şahbaz Xuduoğlunun sosial media hesabından götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR