AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NAXÇIVAN TELERADİOSU 92, “NUHÇIXAN” İNFORMASİYA AGENTLİYİ 6 YAŞINDA

  • + A
  • - A
  • 1-04-2024, 13:34

    NAXÇIVAN TELERADİOSU 92, “NUHÇIXAN” İNFORMASİYA AGENTLİYİ 6 YAŞINDA

    Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərməyə başlayıb, 1932-ci ilin aprel ayının 1-də isə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılıb. 1963-cü ildə muxtar respublikada televiziya fəaliyyətə başlamışdır.
    Naxçıvan teleradiosu zəngin yaradıcılıq yolu keçmişdir. Teleradionun fəaliyyət tarixinin ən mühüm dövrü şübhəsiz ki, 1990-1993-cü illərdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf etmişdir. Naxçıvan teleradiosu həmin dövrlərdə informasiya blokadasına salınan Naxçıvanda Sovetlər Birliyinə ən böyük etirazın tribunasına çevrilmiş, Naxçıvan 1990-cı ildə birliyin tərkibindən çıxan ilk qurum kimi tarixə düşmüşdür. Ümummilli Liderin 1990-cı ilin yayında Naxçıvana gəlişi, 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, Naxçıvanın və Azərbaycanın dövlətçilik taleyini həll edən qərarların qəbul olunmasında Naxçıvan teleradiosu Ümummilli Liderin əsas söz tribunasına çevrilmişdir. Təsadüfi deyil ki, 1992-ci ilin 24 oktyabrında Ulu ndərə qarşı təşkil olunan dövlət çevrilişi zamanı Naxçıvan teleradiosu da hücuma məruz qalmışdır.
    Bu gün Naxçıvan teleradiosu Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əks etdirən rəngarəng televiziya verilişləri, filmlər hazırlayaraq 17 saat öz tamaşaçılarına təqdim edir.
    Naxçıvan teleradiosu milli-mənəvi dəyərlərə əsaslanan, dövlətçilik maraqlarına xidmət edən, tariximizi, milli mədəniyyətimizi təbliğ edən, Naxçıvanın turizm imkanlarını nümayiş etdirən proqram siyasəti ilə diqqəti cəlb edir. Teleradionun qarşısında duran əsas məsələlərdən biri yaxın müddətdə peyk yayımına qoşulmaqla öz veriliş və proqramlarını daha geniş auditoriyaya çatdırmaqdır.
    2018-ci il 1 aprel tarixində isə “Nuhçıxan” İnformasiya Agentliyi yaradılmışdır. Ötən 6 ildə agentlik tərəfindən 100 mindən çox xəbər geniş auditoriyaya çatdırılmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR