AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ünvanlı sosial yardımı kimlər ala bilər? -İZAH

  • + A
  • - A
  • 1-04-2024, 16:33

    Ünvanlı sosial yardımı kimlər ala bilər? -İZAH

    Azərbaycan Respublikasının “Ünvanlı sosial yardım hüququnu haqqında” Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının (ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilmişdir) məcmusundan aşağı olan aşağıdakı aztəminatlı ailələrə təyin olunur:

    *1.* bütün ailə üzvlərinin əmək qabiliyyətsiz olması;

    *2.* ailənin əmək qabiliyyətli üzvünün:

    - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi;

    - 18 yaşınadək əlilliyinin müəyyən edilməsi;

    - 8 yaşına çatmamış uşağa qulluq etməsi ;

    - 23 yaşınadək əyani təhsil alması;

    - işsiz kimi qeydiyyata alınması.

    *3.* bundan başqa, ailənin əmək qabiliyyətli üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi və ya olduğu yerin məlum olmaması.

    *Məsələn,* bir ailə 3 nəfərdən ibarətdir. Ailədə ailə başçısı işləyir, məşğul şəxsdir. Ana 2 yaşında bir uşağa qulluq edir, ondan məşğulluq tələb olunmur və o əmək qabiliyyətsiz sayılır. Bu ailənin 3 üzvü üçün ehtiyac meyarı 3*270 AZN= 810 AZN şəklində müəyyən olunur. Əgər ailə başçısının gəliri 400 manatdırsa, bu zaman ailənin orta aylıq gəliri 400 manat olduğu üçün ailəyə ehtiyac meyarı və orta aylıq ailə gəliri arasındakı fərq qədər, yəni 410 manat ünvanlı sosial yardım təyin olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR