AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnklüziv təhsil formasına tam keçidə mane olan səbəblər

  • + A
  • - A
  • 2-04-2024, 14:08

    İnklüziv təhsil formasına tam keçidə  mane olan səbəblər

    İnklüziv təhsil formasına tam keçidə nə mane olur? Cəmiyyəti düşündürən bu suala Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfovun cavabını təqdim edirik:

    "İnklüziv təhsilin təşkili, pedaqoji heyətdən daha yüksək səriştə, məktəbdən isə daha yüksək müyəssərlik tələb edir. Təlimlərdən keçmiş müəllimlər, infrastruktur cəhətdən tam hazır məktəblər olmadan inklüzivlik mümkün deyil, çünki hazırlıqsız mühit xüsusi təhsil ehtiyacı olan uşaq üçün aqressiv bir mühitdir. Pedaqoji işin yerlərdə təşkil olunması birinci baryerdir. Daha bir maneə, normativ aktlarda qoyulmuş məhdudiyyətlər, xüsusən inteqrasiyalı təhsilin təşkili qaydaları hazırda bizə mane olur. Məsələn, həmin qaydalara görə, görmə və eşitmə məhdudiyyəti olan uşaqların təhsili digər uşaqlarla bir yerdə təşkil edilə bilməz. Bu səbəbdən onları inteqrasiyalı təhsilə cəlb edə bilmirik hələlik. Bəndi dəyişmək tələbini irəli sürmək üçün isə yerlərdə mütəxəssislərimiz olmalıdır. Yoxdur, çünki bu sahədə yerlərdə xidmətlər azdır. Xidmət olmalıdır ki, bu ehtiyacı görüb korreksiyaedici pedaqoq ixtisasına yiyələnmək istəyənlər cəsarətlənsinlər. Bunlar biri-birinə bağlıdır. Bu vəziyyətdən çıxış yolu indiki halda ümumi təhsil müəssisələrində yaradılan xüsusi siniflərdir. Bu yolla çalışırıq ki, uşaqlar üçün xidmət əlçatan olsun. Çünki xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsil alması üçün şəraitin yaradılması daha vacibdir. Erkən pedaqoji müdaxilə onların inkişafına təkan verir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR