AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaşıl Dünya Naminə Həmrəylik İli Sulutəpədə hiss edilmir - Fotofakt

  • + A
  • - A
  • 3-04-2024, 09:27

    Yaşıl Dünya Naminə Həmrəylik İli Sulutəpədə hiss edilmir - Fotofakt

    Şəkildə gördüyünüz fotoları Azadmedia.az-a Binəqədi rayonu Sulutəpə Çiçək Qəsəbə sakinləri göndərib. Sakinlər bildirir ki, bir neçə gündür zibil daşıyan texnika xarab olub. Balaca texnika ilə gəlib zibil qutularının ətrafını təmizləyib köhnə KAMAz maşınına yükləyirlər, zibil qutularına toxunmurlar. Qısaca, hesabat xarakterli başdansovdu iş görürlər. Fotolar zibil daşınandan sonra çəkilib. Daşınmış vəziyyət budursa, təsəvvür edin günün digər vaxrları ərazi hansı vəziyyətdədir.
    Saytımız vasitəsilə Binəqədi Rayon İcra Hakimiyyətindəki səlahiyyətli nümayəndələrinə çatdırmaq istəyirəm ki, cənab Prezident 2024-cü ili Yaşıl Dünya Naminə Həmrəylik İli edib. Məqsəd ekologiyaya tövhə verməkdir.
    Payızda da ölkəmiz çox nüfuzlu beynəlxalq tədbirə evsahibliyi edəcək. BMT-nin yüksək etimadı ilə Bakıda keçiriləcək COP29-un da keçirilməsində məqsəd ekoloji tarazlığı qorumağın həllinə birgə çalışmaqdı. Siz də qəsəbəni adındakı Çiçək kimi saxlamaqla ilimizin adına tövhənizi verin.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR