AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZƏRTAC deputata qarşı ayrı-seçkilik edib

  • + A
  • - A
  • 4-04-2024, 08:50

    AZƏRTAC deputata qarşı ayrı-seçkilik edib

    Təqbiri işıqlandıran AZƏRTAC deputata qarşı ayrı-seçkilik edib. Azadmedia.az xəbər verir ki, bu halla millət vəkili Etibar Əliyev qarşılaşıb və bunu sosial media hesabında qeyd edib. E.Əliyev bununla bağlı AZƏRTAC İdarə Heyətinin sədri Vüqar Əliyevə müraciət ünvanlayıb. Sözügedən müraciəti təqdim edirik:



    "AZƏRTAC İdarə Heyətinin sədri Vüqar Əliyevə müraciət

    Aprelin 3-də Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “Bir ömrün izi ilə” kitabının təqdimatı olub. Kitab Azərbaycan sovet fəlsəfə tarixinin banisi, Azərbaycan SSR Elmlər Akademiyasının ilk vitse-prezidentlərindən biri, akademik Heydər Hüseynovun həyat və yaradıcılığından bəhs edir.
    Tədbirə Qərbi Azərbaycan İcmasısın sədri Əziz Ələkbərli, Müşahidə Şurasının sədri Misir Mərdanov, İcmanın İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə, Ziyalılar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Nizami Cəfərov, İcma sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, şair-publisist Flora Xəlilova və mən çıxış etdim.
    Sizin rəhbərlik etdiyiniz saytda çıxışçılar sırasından mənim adım və fotom çıxarılıb. Bunu etməkdə məqsədiniz nədir? Nə üçün tədbiri təhrif edirsiniz? Mənimlə nə probleminiz var?
    Biz ölkədə medianın qərəzsiz və şəffaf olmasına çalışırıq.
    AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir.
    Əgər aparıcı informasiya agentliyi belə cılız işlərlə məşğul olursa onda başqalarından nə gözləyək!".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR