AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ənvər Aslanov: “Qəhrəman Azərbaycan Ordusunun parlaq tarixi Qələbələrindən biri olan şanlı Aprel döyüşləri”

  • + A
  • - A
  • 3-04-2024, 09:34

    Ənvər Aslanov: “Qəhrəman Azərbaycan Ordusunun parlaq tarixi Qələbələrindən biri olan şanlı Aprel döyüşləri”

    Ənvər Aslanov
    Amal Group MMC-nin direktoru


    2016-cı ilin aprelində baş vermiş tarixi zəfərimizin başlanğıcı olan Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış o qələbə Rəşadətli Ordumuzun gücünü, Azərbaycan xalqının yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi.

    Bəli, o şanlı Aprel döyüşlərindən artıq səkkiz il ötür. Həmin tarixdə erməni silahlı qüvvələrinin təxribatlarına cavab olaraq qəhrəman Ordumuz sürətli əks-hücum əməliyyatı həyata keçirərək mənfur düşməni ağır məğlubiyyətə uğratdı, beləliklə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin xeyli hissəsi azad edildi. Minlərlə hektar ərazi Ordumuzun tam nəzarəti altına keçdi. Ordumuz dördgünlük Aprel döyüşləri ilə uzun illərdən sonra xalqımıza qələbə sevincini yaşatdı. Məhz əks hücum əməliyyatının əsas məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi və buna da nail olundu. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən bütün koordinatlar müəyyənləşdirildi və Ermənistan ordusunun canlı qüvvəsi, həmçinin hərbi texnikası məhv edildi. Belə ki, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Azərbaycan Ordusunun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, eyni zamanda, Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.

    2016-cı il Aprel döyüşlərinin xüsusi tarixi əhəmiyyəti o idi ki, bu qələbə nəticəsində “Böyük Qayıdış” prosesinə start verildi. Beləliklə, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlət başçımız cənab İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verdi. Bəli, artıq bu kəndin əhalisinin uzun fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər torpaqlarımızın da tezliklə azad olunmasına bütün xalqımızda dərin inam hissi yaratdı. Bununla da bitmədi, cənab Prezidentimiz və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, düşmən ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, bununla yanaşı ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və Ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.

    Əlbətdə ki, xalqımız qələbə hissinə inamında yanılmadı. Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olmaqla yeni Zəfər tarixi yaratdı. Vətənimizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Heç şübhəsiz, bu tarixi Qələbə son 200 illik tariximizin ən böyük Qələbəsidir. Biz ermənilərin nəzarətinə keçən torpaqlarımızı ilk dəfə Vətən müharibəsində geri qaytarmağa nail olduq.

    Onu da qeyd etmək yerinə düşərdi ki, Zəfər paradındakı çıxışında tarixi Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev ordumuzun tarixi Zəfərini yüksək qiymətləndirərək belə vurğuladı: “Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə “Dəmir Yumruq” əməliyyatı adı altında 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Azərbaycan əsgəri bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın və tarixi ədalət zəfər çaldı”.

    Onu da vurğulayım ki, hər bir azərbaycanlı səkkiz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın işğaldan azad edilən Şuşada, Xocalıda, Qarabağımızın digər ərazilərində dalğalanmasından sonsuz qürur duymaqdadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR